Əbu Əyyub əl-Ənsari
Farida Noyabr 21, 2007 18:31
Rasulallah (sallahu aleyhi və səlləm) İstanbulun fəthini əshabına anladıb, "İstanbul əlbəttə fəth olunacaqdır, onu fəth edən komandan nə gözəl komandan, onu fəth edən əsgər nə gözəl əskərdir" (Ahməd b. Hanbəl, Müsnəd, IV, 335) deyə müjdələmişdir Mədinəli müsəlmanlardan və hicrət vaxtı Pəyğəmbəri (sallahu aleyhi və səlləm) evində müsafir edən səhabə.Əbu Əyyub Xalid ibn Zeyd əl-Ənsari ən-Nəccari (r.a.); Ənsarın Həzrəc qəbiləsinin Nəccaroğulları qoluna mənsub olub, anası Zəhra bint Sə'ddir. Əbdülmuttəlibin validəsi tərəfindən Rasulullahla (sallahu aleyhi və səlləm) əqraba olan Əbu Əyyub ikinci Əqəbə bəy'ətində iştirak etmiş,Rasulullaha (sallahu aleyhi və səlləm) iman ətmişdir (İbn İshaq, İbn Hişam, əs-Sirə, II, 100; İbn Sa'd, ət-Tabakat, III, 484; İbn Abdülbərr, əl-Istiâb, IV, 1606; İbnul-Əsir, Üsdül-Gabə, VI, 25; əz-Zəhəbi, Siyər Aləmün-Nübəla, II, 288).Mədinə, müsəlmanlar üçün əmin bir yer olduqdan sonra Məkkədə Rasulullah (sallahu aleyhi və səlləm) ilə bir nəçə müsəlman qalmışdı. Rasulullah (sallahu aleyhi və səlləm) da hicrət səfərinə çıxınca bunu eşidən Əbu Əyyub hər gün Mədinəyə yaxın Hira adı verilən yerdə onun yolunu gözləyirdi. Nəhayət Rasulullah (sallahu aleyhi və səlləm) görünəndə bütün Nəccarlıları toplayaraq Rasulullahı (sallahu aleyhi və səlləm) qarşıladı. Bütün müsəlmanlar Rasulallahı (sallahu aleyhi və səlləm) öz əvində müsafir etmək istəyirdi.Bunun üzərinə Rasulallah (sallahu aleyhi və səlləm) dəvəsini sərbəst buraxdı.Kusva adlı bu dəvə Əbu Əyyubun evinin önündə çöktü. Əbu Əyyub bu hadisəni belə nəql etmişdir: Rasulallah (sallahu aleyhi və səlləm) evimizin aşağı mərtəbəsində yerləşmişdi.Mən də üst mərtəbədəki otaqda idim. Bir gün yuxarıdan yerə bir miqdar su tökülmüşdü. Suyun tavandan sızaraq Rasulallahın (sallahu aleyhi və səlləm) üzərinə gəlməməsi üçün suyu bir bez parçası ilə qurutmağa çalışdıq. Bundan sonra Rasulallahın (sallahu aleyhi və səlləm) yanına düşüb dedim ki: “Ya Rasulallah, sənin olduğun bir yerin üstündə olmaq bizə yaraşmaz,yuxarıdakı otağa təşrif buyura bilərsinizmi?' Rasulallah (sallahu aleyhi və səlləm) o gündən sonra üst mərtəbəyə çıxdı" (Müslim, Sahih II, 192). Əbu Əyyub ilə zövcəsi Ummu Əyyub Rasulallahın (sallahu aleyhi və səlləm) yeməyini hazırlayırdılar. Bir gün soğanlı bir yeməyi Rasulallah (sallahu aleyhi və səlləm) yeməyib, "Onu yeyə bilmədim, çünki bu yeməkdə soğan olduğunu gördüm,mən isə soğandan xoşlanmıram;fəqət siz istəsəniz yeyin onu yeməkdə bir sakınca yoxdur'' demiş, Əbu Əyyub da, "Ya Rasulallah,sizin xoşlanmadığınız şeydən biz də xoşlanmarıq" demişdir (Müslim, Sahih, II, 198).Rasulallah (sallahu aleyhi və səlləm), Ənsar ilə Muhacirlər arasında həyata keçirdiyi "qardaşlıq" hadisəsində Əbu Əyyuba qardaş olaraq Mus'ab ibn Umeyri seçmişdir.Əbu Əyyubun e<
Şərhlər(0)
Baxış sayı: 78
Noyabr 21, 2007 18:31
