Musab İbn Ümeyr
Farida Noyabr 21, 2007 18:21
Bir dəfə Peyğəmbər(sallahu aleyhi və səlləm) də onun haqqında belə buyurmuşdu: "Məkkədə Musab ibn Umeyrdən daha gözəl geyinən, daha yaraşıqlı və nemətlər içində üzən başqa bir gənc görmədim" Əshabın irəli gələnlərindən Künyəsi Əbu Muhamməddir. Məkkənin zəngin ailələrindən olub, yarışıqlı və gözəl geyinən bir gənc idi. Ana və atası onun üzərində titrəyirdi. Özəlliklə, Məkkənin ən zənginlərindən sayılan anası, oğluna gözəl paltarlar geyindirər və gözəl ətirlər vurardu. Məkkəlilər də onu heyranlıqla seyr edərdilər. Bir dəfə Peyğəmbər(sallahu aleyhi və səlləm) də onun haqqında belə buyurmuşdu: "Məkkədə Musab ibn Umeyrdən daha gözəl geyinən, daha yaraşıqlı və nemətlər içində üzən başqa bir gənc görmədim" (İbn Sa'd, ət-Tabakâtü'l-Kübrâ, Bəyrut 1960, III, 116).Musab, Məkkədə o günün şərtlərinə görə zənginlik və ihtişam içində yaşarkən, Peyğəmbər(sallahu aleyhi və səlləm)in insanları İslâma dəvət etdiyini öyrəndi. Çox vaxt itirmədən Peyğəmbərin(sallahu aleyhi və səlləm) yanına gedərək iman gətirib müsalman oldu. O vaxt Məkkəlilər, müsəlmanlara qarşı sərt davrandıqlarından,Musab müsəlman olduğunu ailəsindən gizlətmək məcburiyyətində qalmışdı. Amma o, Peyğəmbərimizi (sallahu aleyhi və səlləm) gizlicə ziyarət etməyi də təxirə salmazdı. Bir dəfə Osman b. Talha, Musabın namaz qıldığını görüb bunu anası ilə qohumlarına bildirmişdi. Bundan sonra qohumları onu tutub həbs etdilər. Məkkənin bu nazlı və zəngin gənci üçün artıq ağır günlər başlamışdı.Həbəşistana hicrət edən ilk qafiləyə qoşuluncaya qədər həbsdə qalan Musab(r.a), hicrət imkanı yarananda, dinini daha rahat bir şəkildə yaşaya bilmək üçün Həbəşistana hicrət etdi. Həbəşistan dönüşündə Musabın (r.a) durumu tamamən dəyişmiş və bu nazlı dəliqanlının yerini, qəlbi İslam və imanla dopdolu iradəsi güclü quvvətli, mətin bir gənc almışdı. Anası ondakı bu qararlılıq və mətanəti görüncə, ona olan təzyiqi yüngülləşdirmək məcburiyyətində qaldı.Bu sırada Birinci Əqabə Beyəti olmuş və Mədinəlilərdən bir grup İslamı qəbul etmişdi. Onlara İslamı anlatmaq və digərlərinə də təbliğ etmək üçün Rasulullahdan(sallahu aleyhi və səlləm bir öyrədici istədilər. Peyğəmbər(sallahu aleyhi və səlləm) də bu önəmli vəzifə üçün Musab ibn Umeyri (r.a) təyin etdi.Musab onlara həm namaz qıldıracaq, həm Quranı öyrədəcək, həm də digər insanlara İslamı anladacaqdı və insanları İslama dəvət edəcəkdi.Beləcə Mədinəyə ilk hicrət edən səhabə Musab ibn Umeyr (r.a)oldu.Mədinədə ilk cümə namazını da Musab ibn Umeyr qıldırdığı da qaynaqlarda ifadə edilir (İbn Sad, III, 118).Bir il sonra Məkkəyə, həcc mövsümündə yanında yetmiş nəfər ilə gələn Musab ibn Umeyr,Peyğəmbərə(sallahu aleyhi və səlləm) İslamın Mədinədəki sürətli yayılışının müjdəsini verərkən belə demişdi: "İslamın girmədiyi və danışılmadığı ev qalmadı. Başda Peyğəmbər(sallahu aleyhi və səlləm) olmaqla bütün müsalmanlar bu xəbərə çox sevindilər. Oğlunun Məkkə'yə döndüyünü xəbər alan anası onu təkrar həbs etmək istədi. Ancaq Musab bütün bunlara qarşı imanında dirəndi və anasını bundan vaz keçirdi. Onun anasını İslama dəvəti bir sonuç vermədiyi kimi anası da Musabı yolundan döndürə bilməməmişdi.Peyğəmbər(sallahu aleyhi və səlləm)'in yanında iki aya qədər qalan Musab ibn Umeyr, Hicrətdən on iki gün öncə Mədinəyə vardı.Peyğəmbər(sallahu aleyhi və səlləm)onu Sə'd b. Əbu Vəqqas (r.a) və Əbu Əyyub əl-Ənsari (r.a) ilə qardaş elan etmişdi (İbn Sa'd , III, 120).Bədir savaşında muhacirlərin sancağı onun əlindəydi. Uhud savaşında da sancaq yenə onun əlindəydi. Savaş əsnasında müsalmanların gerilədiyini görən Musab ibn Umeyr, atını sağa sola doğru sürür və yüksək səslə bu ayəni oxuyurdu: "Muhamməd ancaq bir Peyğəmbərdir. Ondan öncə bir çox Peyğəmbər gəlib keçmişdir.(Ali İmran, 3/144). Bu ayənin Uhud gününə qədər nazil olmadığı və o gün endirildiyi rəvayəti, Musabın Allah qatındakı dəyərini ifadə edir (İbn Sad, III,120,121). Uhud doyüşündə İslam ordusunun sancağını daşıyan Musab ibn Umeyrin öncə sağ qolu kəsildi. O anda sancağı sol əlinə alaraq döyüşə davam etdi. Fəqət ardından sol əli də kəsildi. Bu dəfə vücudu ila sancağa sıx sarıldı və yuxarıdakı ayəni oxumağa davam etdi. Sonda müşriklərin bir mızraq zərbəsi ilə şəhid oldu. Sancağı Suveybit b. Sad və Əbu'r-Rum b. Umeyr adlı səhabilər aldılar.Musab şəhid olaraq yerdə yatarkən, günün sonlarına doğru, Pəyğəmbər(sallahu aleyhi və səlləm) Musabı əlində sancaqla gördü və "İrəliyə get ey Musab!" deyə əmr etdi. Fəqət o kişi geri dönərək "Mən Musab deyiləm" deyincə Peyğəmbər(sallahu aleyhi və səlləm) onun Musab şəklində savaşan Allahın mələklərindən biri olduğunu anladı (İbn Sa'd, a.g.ə., II, 121).Uhud savaşında Əshabından bir çox kimsə şəhid oldu.Musab ibn Umeyr də şəhidlər arasındaydı.Peyğəmbər(sallahu aleyhi və səlləm) in nə qədər üzüntülü olduğu üzündən oxunudu. Musabın mübarək nə'şinin başında oturaraq, Uhud şəhidləri haqqında nazil olduğu bildirilən bu ayəni oxudu: Mö’minlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər ki, (əl-Ahzab 33/23). Sonra Hz. Pəyğəmbər(sallahu aleyhi və səlləm) digər səhabələrə, şəhidlərə yaxınlaşıb salam vermələrini söylədi və verilən salamların şəhidlər tərəfindən alınacağını ifadə etdi (İbn Sa'd, a.g.ə., III, 121).Musab şəhid edildiyində qırx yaşlarında idi. Bir zamanlar zənginlik və rəfah içində yaşayan bu dəyərli insanı kəfənləyəcək bir örtü də tapılmamışdı. Peyğəmbər(sallahu aleyhi və səlləm) yanına gəldiyində Musab ibn Umeyr köhnə bir hirqənn içində saçları dağılmış, vücudu isə qılınc və mizraq zərbələriylə parçalanmış bir halda yatırdu.Peyğəmbər(sallahu aleyhi və səlləm) üzüntülü bir halda dedi: "Səni Məkkədə gördüyümdə, səndən daha gözəl geyinən, səndən daha yarışıqlı kimsə yoxdu. İndi isə, kəfən olaraq sarılmış hirqədən başın çöldə qalır." Sonra onun üçün də bir qəbir qazdılar və o mübarək səhabəni də Uhud şəhidləri arasına dəfn etdilər.Allah yolunda canını fəda edən bu əziz şəhid səhabə haqqında Habbab (r.a) bunları deyir: "Biz Peyğəmbərlə(sallahu aleyhi və səlləm) birlikdə Mədinəyə yalnız Allah rizası üçün hicrət etdik. Artıq mükafatını Allahdan gözləyirik. Yoldaşlarımız arasında bu nemətlərdən tadmadan axirətə gedənlər vardır ki Musab ibn Umeyr bunlardan biridir. O Uhud günü şəhid olanda,onu sarıyacaq bir kəfən belə tapa biməməşdik. Yalnız şəhidin bir kaftanını tapmış və bu əziz şəhidi ona sarımağa çalışmıştıq. Ancak başını örtərkən ayaqları açılır, ayaqlarını örtərkən başı açılırdı. Bu yoxsulluq qarşısında Peyğəmbər(sallahu aleyhi və səlləm) bizə şəhidin başını örtməyimizi və ayaqlarının üstünə də izhir deyilən qoxulu otdan qoymamızı əmr etdi" (Buharî, Cənaiz 27; İbn Sa'd, a.g.ə., III, 121).Allah ondan razı olsun!
Şərhlər(0)
Baxış sayı: 74
Noyabr 21, 2007 18:21
