Səd ibn Əbu Vəqqas
Farida Noyabr 24, 2007 15:01
Uhud döyüşündə, müşriklərin üstünlüyü ələ kəçirdiyi və müsəlmanların çaş-baş qalıb dağıldığı əsnada Rasulallahın (sallahu aləyhi və səlləm) yanından ayrılmayıb gövdəsini sipər edərək onu qorumağa çalışan bir neçə kişidən birisi Sə’d ibn Əbu Vaqqas (r.a) idi. O, cəsarətlə ox atmağa davam edirdi. Sə’d (r.a) ox atmaqda mahirdi və hədəfdən yayınmırdı. Rasulallah (sallahu aləyhi və səlləm)) ona ox verir və belə deyirdi: "At Sə’d,Anam-atam sənə fəda olsun " (Müslim, Fəzâilü's-Sahabə, 5; İbn Sə’d, a.g.ə., III,141; İbnül-Əsîr, əl-Kâmil,)i't-Tarih, Bəyrut 1979, II, 155). Rasulallahın (sallahu aləyhi və səlləm) tərif, riza və xoşnudluğu ifadə edən bu kəlmələri, ana və atasını bir arada zikr edərək başqa heç kim üçün işlətməmişdir Sə’d ibn Əbu Vəqqas Malik ibn Vuhəyb ibn Abdi Mənaf ibn. Zührə. Atası Malik ibn Vuhəybdir. Malikin künyəsi Əbu Vəqqas olub, Sə’d bu künyəyə nisbətlə İbn Əbu Vəqqas olaraq çağrılırdı. Rasulallahın (sallahu aləyhi və səlləm) anası Zöhrəoğullarından olduğu üçün, ana tərəfindən də nəsəbi Rasulallah (sallahu aləyhi və səlləm) ilə birləşməktədir. Sə’din anası Həmanə binti Süfyan b. Ümeyyədir. Sə’d (r.a), ilk iman edənlərdən biridir. Özündən edilən rəvayətlərə görə o İslamı üçüncü qəbul edəndir. Ancaq, Həzrəti Xədicə,Əbu Bəkr,Əli və Zəyd ibn Harisdən sonra müsəlman olmuş beşinci müsəlman olmuş olur. Sə’d (r.a), müsəlman olduğu gün hələ namazın fərz olmadığını və o zaman on yeddi yaşında olduğunu deyir (İbn Sə’d, Tabakâtül-Kübra, Bəyrut (t.y), III, 139).Sə’d (r.a) İslama girişinə səbəb olan hadısəni belə anladır: "Müsəlman olmadan öncə yuxumda özümü heç bir şeyi görə bilmədiyim qaranlıq bir yerdə gördüm. Bu arada ay doğdu və mən onun aydınlığına tabe oldum. Məndən öncə bu aya kimlərin uymuş olduğuna baxırdım. Onlar- Zeyd b. Harisə, Əli ibn Əbu Talib və Əbu Bəkrdi. Onlardan nə qədər zamandan bəri burada olduqlarını soruşduğumda onlar; "Bir saatdır" dedilər. Araşdırdığım zaman öyrəndim ki, Rasulallah (sallahu aləyhi və səlləm) gizlicə İslama dəvət etməkdədir. Onunla Əcyad təpəsi tərəflində rastlaşdım. İkindi namazını qılırdı. Orada İslamı qəbul etdim. Məndən öncə bu kimsələrdən başqası iman etməmişdi" (İbnül-Əsir, Üsdül-Ğâbə, II, 368).Sə’din müsləlman olduğunu öyrənən anası, buna çox üzülmüş və oğlunu atalarının dininə döndürə bilmək üçün çarə axtarmağa başlamışdı. Sə’də, əğər girdiyi dindən dönməzsə, yeməyib içməyəcəyinə dair and içmişdi. Sə’d ansına, bunu etməməsini, çünki dinindən dönməyəcəyini söylədi. Andını həyata keçirməyə başlayan anası aclıq və susuzluqdan bayılmışdı. Ayılanda Sə’d ona; "Sənin min canın olsa və bunları bir-bir versən,mən yenə də dinimdən dönməyəcəm" demişdi. Onun qərarlılığını görən anası andından vaz keçmişdi (Üsdül-Ğabə, eynı yer). Sə’d (r.a) anasına çox düşkün idi və ona bir zərər gəlməsini əsla qəbul edə bilməzdi. Ancaq imanla əlaqəli bir məsələdə Rəbbinə üsyan edib başqalarının hava və həvəslərinə də tabe ola bilməzdi. Sə’d (r.a) və bənzərlərinin qarşılaşacağı bu kimi vəziyyətləri çözümləmək və iman edənləri rahatlatmaq üçün Allah Təala bu ayəni göndərmişdi: "Əgər bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr,onlara itaət etmə. dünya işlərində onlarla gözəl keçin ..." (Loğman, 31 / 15).Sə’d (r.a), Mədinəyə hicrətə qədər Məkkədə qalmışdır. Dolayısı ilə müşriklər tərəfindən uğradıqları bütün hücum və işgəncələrə diğər müsəlmanlarla birlikdə Məkkə dönəmi boyunca məruz olduğu mütləqdir. Məkkədə müsəlmanlar Məkkə zorbalarının hücumlarından əmin olmaq üçün ibadətlərini gizli və tənha yerlərdə edirdilər. Bir gün Sə’d (r.a) dostları ilə birlikdə ibadət edərkən müşriklərdən bir grup onlara sataşaraq İslamla istehza etmiş və onlara hücüm etmişdilər. Sə’d əlinə keçirdiyi bir dəvənin bel sümüyünü alıb müşriklərə cavab vermiş və onlardan birini yaralayaraq qan içərisində buraxmışdı. İslamda Allah üçün ilk axıdılan qan budur (Üsdü'l-Ğâbə, II, 367).Sə’d (r.a) qardaşı Ümeyr (r.a) ilə Mədinəyə hicrət etdiyi zaman, qan davası üzündən Məkkədən qaçıb buraya yerləşmiş olan digər qardaşları Utbənin evində qalmağa başlamışdılar.Muahat hadisəsində Rasulallah (sallahu aləyhi və səlləm) Sə’di Musab ibn Umeyr ilə qardaş elan etmişdi. Başqa bir rəvayətə görə də qardaş elan edilən Sə’d ibn. Muazdır (İbn Sə’d, a.g.ə., III, 139-140).Mədinəyə hicrətlə birlikdə İslam dövlət olmuş və ona təzyiq edənlərə qarşı hərbi fəaliyyətə başlamışdı. Bu çərçivədə Məkkə karvanlarına yönəlik hərbi birliklər göndərilirdi.İlk belə dəstə Hicrətin yeddinci ayında Məkkə karvanının yolunu kəsmək üçün otuz nəfərdən ibarət Həzrəti Həmzə komandanlığındakı dəstə idi. Sə’d (r.a)da bu dəstəyə qoşulanlardandır (İbn Sad, aynı yər) Bir ay sonra Ubeydə ibn Haris komandanlığında göndərilən dəstə Qureyş karvanı ilə qarşılaşdığında ilk oxu Səd ibn Əbu Vəqqas (r.a) ataraq çatışmanı başlatmışdı. Məkkədə Allah yolunda ilk qan axıdan kimsə olma şərəfi Sə’də (r.a) aid olduğu kimi, yenə Allah yolunda ilk ox atma şərəfi də beləcə ona nəsib olmuşdur. Sə’d (r.a) belə deyir: "Ərəblərdən Allah yolunda ilk ox atan mənəm" (İbn Sə’d, aynı yər).Həmin ilin Zül-qadə ayında Rasulallah (sallahu aləyhi və səlləm) Sə’d ibn Əbu Vəqqası iyirmi nəfərlik dəstəyə komandir təyin edərək əl-Harrar deyilən yerə göndərmişdi. Bu dəstənin məqsədi də Məkkəlilərə aid karvanı vurmaqdı. Ancaq karvan bir gün öncədən bu yerdən hərəkət etmiş olduğu üçün bir çatışma çıxmamışdı.Rasulallah (sallahu aləyhi və səlləm) sadəcə dəstələr göndərməklə yetinmir,özü ordunun başına keçərək səfərlər təşkil edirdi. Bunlardan biri olan və hicrətin ikinci ilində Rəbiul-Əvvəl ayında Buvat səfərində, ordu sancağını Sə’d daşıyırdı (Tabəri, Tarih, Bəyrut 1967, II, 407Bədr döyüşündə müşrik süvari dəstəsinin komandiri olan Said ibn əl-Ası öldürüb qılıncını Rasulallaha (sallahu aləyhi və səlləm) gətirmişdi. O, Zülkifə adındaki bu qılıncı qənimətlərin dağıdılışında Sə’də vermişdi.Uhud döyüşündə, müşriklərin üstünlüyü ələ kəçirdiyi və müsəlmanların çaş-baş qalıb dağıldığı əsnada Rasulallahın (sallahu aləyhi və səlləm) yanından ayrılmayıb gövdəsini sipər edərək onu qorumağa çalışan bir neçə kişidən birisi Sə’d ibn Əbu Vaqqas (r.a) idi. O, cəsarətlə ox atmağa davam edirdi. Sə’d (r.a) ox atmaqda mahirdi və hədəfdən yayınmırdı. Rasulallah (sallahu aləyhi və səlləm)) ona ox verir və belə deyirdi: "At Sə’d,Anam-atam sənə fəda olsun " (Müslim, Fəzâilü's-Sahabə, 5; İbn Sə’d, a.g.ə., III,141; İbnül-Əsîr, əl-Kâmil,)i't-Tarih, Bəyrut 1979, II, 155). Rasulallahın (sallahu aləyhi və səlləm) tərif, riza və xoşnudluğu ifadə edən bu kəlmələri, ana və atasını bir arada zikr edərək başqa heç kim üçün işlətməmişdir (İbn Sə’d, eynı yer).Sə’din (r.a) Uhud günü gördüyü hizmət və göstərdiyi qəhramanlıq həqiqətən çok böyük idi. Onun bu gün tək başına min ox atdığı rəvayət edilməkdədir (Üsdül-Ğâbə, II, 367).O, Xəndək, Hudeybiyyə, Xeybər, Məkkənin fəthi və diğər səfərlərin hamısında iştirak etmişdir(İbn Sə’d, a.g.ə., 111, 142).Rasulallahın (sallahu aləyhi və səlləm) vəfatından sonra Əbu Bəkrə (r.a) bey'ət edən Sə’d (r.a) Ömərin dövründə də aktiv olaraq dövlət idarəsində vəzifələr almışdır. Bu dönəmdə onun ən önəmli vəzifələrindən birisi, əsrin imperyalist süper güclərindən biri olan İran imparatorluğunu çökdürən Qadisiyə ordusunun komandiri olmağıdır.Bizansa yönəlik hərbi fəaliyyətlər davam edərkən, İran torraqlarına da səfərlər edilirdi. Əbu Bəkr (r.a) dövründə İranlıların əlində olan Iraqın böyük bir hissəsi fəth edilmişdi. Ömər (r.a) iş başına keçdiyi zaman İrana qarşı səfər düzənlənməsi üçün çalışmalara başladı.Edilən istişarələr sonunda Sə’d ibn Əbu Vəqqasın hazırlanan orduya komandir təyin edilməsi qararlaşdırıldı. Havazin qəbilələrindən zəkat toplama üçün bu bölgədə olan Sə’d, Mədinəyə çağrılaraq ordu ona təslim edildi. Sə’d ordusuyla Iraqa doğru yürüşə kəçərək Qadisiyədə qərargah qurdu. İran şahı, müsəlmanlara qarşı savaşmak üzrə məşhur komandiri Rüstəmi təyin etmişdi.Savaşı müsləlmanlar qazanmış və İran torpaqları İslam təbliğinə açılmışdı. Sə’d xəstə olduğu üçün savaşda iştirak edə bilməmiş və yüksək bir yerdən, savaşan ordunu idarə etmişdi.Qadisiyə zəfəri İslam ordusunun qazandığı ən parlaq zəfərlərdən biri olaraq tarixə keçmişdir.Daha sonra Sə’d (r.a) Cəlulaya yönəlmiş və buranı fəth etmişdi (H 16). Cəlulanın fəthi bölgədə böyük bir ihtida hərakatını da arxasınca gətirmişti. Daha sonra İran imperatorluğunun mərkəzi olan Mədain iki aylıq mühasirədən sonra məğlub edilmiş böyük məbləğlərdə qənimət ələ keçmiş və Kisra III. Yəzducərd buradan Hulvana qaçmışdı. Sə’d ibn Əbu Vəqqas, bir ordu göndərərək sulh yoluyla buranı fəth etmişdi. Yəzducərd isə İsfahan bölgəsinə qaçaraq orada gizlənməyə çalışmışdı.Sə’d (r.a), Mədainə yerləşərək, fəth edilən torpaqların idarəçiliyini qurmağa çalışdı. Mədainin havası əskərlərin səhhatinə pis təsir etdiyi üçün Ömərin (r.a) razılığıı alınaraq yerləşimə və ordunun hərbi strategiyasına uyğun bir olan Kufə, ordugah şəhər halına gətirildi. Sə’d bölgə valisi olaraq Kufədə üç il yarım qaldı. O, təkrar toparlanıp itirdikləri yerləri geri almaq üçün hazırlıqlara başlayan İranlıların hərakatlarını izləyir və gərəkli hərbi önləmləri almağa çalışırdı. Ancaq bu arada Kufədə bir toplum Sə’di qənimətləri adil dağıtmadığı və qəza işlərində gövşək davrandığı yolunda iddialarla Hz. Ömərə (r.a) şikayət etdi. Ayrıca onun namaz qıldırış tərzini də bəyənmirdilər. Hz. Ömər (r.a) məsələni incələtmiş edilən şikayətlərin əsilsiz olduğunu anlamış,bununla birlikdə onu geri çağırmışdı (Asr-ı Saadət, I, 432 vd.).Hz. Ömər (r.a)özündən sonra xəlifə seçimini həyata keçirmək üçün altı nəfərlik bir şura təyin etmişdi. Sə’d (r.a) da bunlar arasındaydı. Hz. Ömərin (r.a) vəfatından sonra xəlifə təyini üçün müzakərələr başladığı zaman Sə’d, Abdurrahman b. Avf lehinə namizədlikdən çəkildiyini açıqlamışdır.Hz. Osman (r.a) xəlifə seçildiyi zaman Ömərin (r.a) vəsiyyətinə uyaraq Sə’d'i Kufə valiliyinə təyin etdi. Ancaq bu səfərki Küfə valiliyi də çox sürmədi. O, xəzinədən borç olaraq almış olduğu pulu geri ödəməkdə çətinlik çəkincə, xəzinə əmiri Abdullah İbn Məsud tərəfindən Xəlifəyə şikayət edilmiş bu şikayət üzərinə Osman (r.a) onu Kufə valiliyindən azad etmişdi. Bunun üzərinə Sə’d (r.a) Mədinə yaxınlarındakı Əqiq vadisindəki həyətyanı sahəsində təsərrüfatla məşğul olmağa başlamışdır.Sə’d (r.a), Hz. Osmanın (r.a) şəhid edilməsi ilə başlayan fitnə və ixtilaflardan tamamən uzaq qalmağa çalışmışdır. O, müsəlmanlar arasında qan tökülməsindən çok narahat olur və tərəflərdən ona gələn təklifləri geri çevirirdi. O, ümmətin üzərində anlaşdığı bir xəlifə ortaya çıxıncaya qədər ona heç bir şeydən bəhs edilməməsini istəmişdi. Sə’d (r.a) gruplar arasında döyüşlərdə kimin haqlı kimin haqsız olduğunun müəyyənləşdirilməsinin mümkün olmadığını bildiyi və haqsız yerə bir müsəlmanın qanını axıtmaqdan çəkindiyi üçün belə davranırdı. O, onun yanına gələnlərə belə deyirdi: "Mənə, iki gözü, dili və iki dodağı olan və bu kafirdir, bu mömindir deyən bir qılınç gətirilincəyə qədər əsla kimsə ilə savaşmaram" (İbn Sə’d, a.g.ə., III,143; Üsdül-Ğâbə, II, 368).Sə’d (r.a) güçlü bir kişiliyə və siyasi dəstəyə sahib olduğu halda, rəyasət çəkişmələrinin içinə girməkdən ömrünün son günlərinə qədər qaçınmışdır. Oğlu Ömər və qardaşının oğlu Haşim gedib ona; "Yüz min qılınc sahibi var ki, hamısı səni xilafət üçün ən ləyaqətli adam tanıyır" dedikləri zaman onun buna verdiyi cavab belə olmuşdu:"Bu sizin yüz min qılıncınızdan daha quvvətli tək bir qılınç, möminə çəkilincə onu kəsməyən, kafirə qarşı sıyrılınca onu kəsən qılınçdır" (Asrı Saadət, I, 436). Onun bu anlamlı sözləri, müsəlmanların bir-birlərinə zərər vermələrinə qarşı nə qədər həssas olduğunu ifadə etməkdədir.Sə’d (r.a) Hicri 55-ci ildə Mədinənin xaricindəki Əqiq vadisində vəfat etmişdir. Onun vəfat tarixi haqqında, 54 ila 58 tarixləri arasında dəyişən fərqli rəvayətlər vardır (Üsdül-Ğâbə, II, 369).Sə’din (r.a) cənazəsi Mədinədən on mil uzaklıqda olan Əqiq vadisindəki evindən götürülərək Mədinəyə gətirilmiş və Məscidi Nəbidə qılınan namazdan sonra, Bəqi məzarlığında dəfn edilmişdir (İbn Sə’d, III,148). Cənazə namazını Əməvilərin Mədinə valisi Mərvan b. Hakəm qıldırmışdır. Rasulallahın (sallahu aləyhi və səlləm) zövcələri də namazda iştirak etmişdilər (Üsdül-Ğâbə, aynı yər).Sə’d (r.a) vəfat edəcəyini anladığı zaman cübbəsini gətirtmiş və öləndə onunla kəfənlənməsini vəsiyyət etmişdi. Bunun səbəbi olaraq Bədr günündə müşriklərlə qarşılaştığı zaman onu geyindiyini və bundan görə bu cübbəsini çox sevdiyini söyləmişdir (Üsdül-Ğâbə, aynı' yər). İbnül Əsirin qeyd etdiyinə görə, Sə’din (r.a) oğlu Amirdən nəql edilən rəvayətə görə Sə’d Mühacirlərdən ən son vəfat edəndir (Üsdül-Ğâbə, aynı yər).Sə’d (r.a), Əshabın seçkinlərindən biri olub sağlığında Cənnətlə müjdələnən on nəfər arasındadır. Yenə tarixə şura olayı olaraq kəçən və Hz. Osmanın(r.a) xəlifə seçildiyi Hz. Ömərin (r.a) yaratdığı altı nəfərlik şuranın içində yer almışdır. O, ilk iman edən bir neçə nəfərdən biri olaraq Məkkə dövrünün sıxıntılarına Rasulallahın (sallahu aləyhi və səlləm) yanından ayrılmayaraq sinə gəlmişdi.Qiyamətə qədər davam edəcək olan cihad üçün müsəlmanlara təcavüz edən kafirlərə hücum edərək ilk qanı axıdan odur. Yenə Mədinə dövrünün başlarında kafirlərə qarşı ilk oxu atan olmaq şərəfi də ona aiddir. Sə’d (r.a) Rasulallahın (sallahu aləyhi və səlləm) bütün səfərlərində iştirak etmiş, Bədrdə böyük şücaət göstərmişdir. Allah yolunda İslam xaricində nizamları yox etmək üçün canını fəda etməyə hər zaman hazır olduğunu praktik bir şəkildə ortaya qoymuşdur. Uhud günündə müsləlanlar dağıldığı zaman Rasulallahı (sallahu aləyhi və səlləm) canlarını fəda etmə bahasına sona qədər qorumağa çalışan bir neçə nəfərdən biri də odur. O, müşriklərin Rasulallahı (sallahu aləyhi və səlləm) öldürmək üçün etdikləri həmlələri, atdığı oxlarla nəticəsiz buraxmışdı. Rasulallah (sallahu aləyhi və səlləm) bu kritik anda onun göstərdiyi şücaətə görə onu başqa heç bir kimsəni tərifləmədiyi bir şəkildə "Anam-atam sənə fəda olsun, At" (Müslim, Fəzailu's-Sahabə, 5) deyərək öymüş və bunu dəfələrcə təkrarlamışdı. Və yenə onun üçün dua edərək belə demişdi: "Allahım! Sə’d dua ettiği zaman onun duasını qəbul et ". Bu dua çərçəvəsində Sə’din (r.a) etdiyi bütün dualar həyata keçməkdəydi (Üsdül-Ğâbə, II, 366-369; İbn Sə’d, III,139 vd.).Sə’d (r.a) Rasulallahı (sallahu aləyhi və səlləm) qorumaq və ona gələ biləcək zərərləri əngəlləmək üçün sürəkli çalışırdı. Aişə r.an) deyir ki: "Rasulallah (sallahu aləyhi və səlləm) Mədinəyə gəlişində bir gecə yata bilmədi və; "Keşkə əshabımdan Saleh biri zat bu gecə məni qorusa" dedi. Biz bu vəziyyətdə ikən çöldən bir silah səsi duyduq. Rasulallah (sallahu aləyhi və səlləm) "Kim o?" dedi. Gələn ; "Sə’d ibn Əbu Vəqqasam" deyə cavab verdi. Rasulallah (sallahu aləyhi və səlləm) ona; "Nə üçün bura gəldin?" deyə soruşduğunda Sə’d belə cavab verdi: "İçimə Rasulallah (sallahu aləyhi və səlləm) haqqında bir qorxu düşdü , onu qorumaq üçün gəldim". Bunun üzərinə Rasulallah (sallahu aləyhi və səlləm) ona dua etdi və sonra da yatdı" (Müslim, Fədâilu's-Sahabə, 5). Rasulallahın(sallahu aləyhi və səlləm) özü üçün duyduğu narahatçılığı Allah Təala bu seçkin insanın qəlbinə ilham etmiş və onu Rasulunu qorumaq üçün hərəkətə keçirmişdi. Buradan Sə’din İslamı yüksəltmək və düşmən güclərin ona qarşı hərəkatlarını əngəlləmək üçün o qədər böyük əzmlə çalışdığı açıqça anlaşılmaqdadır. Onun Rasulallaha (sallahu aləyhi və səlləm) qarşı duyduğu sevginin sərhədsizliyi Uhudda olduğu kimi daha sonra da onu öz nəfsini fəda edərək qorumağa sövq etmişdir.Sə’d (r.a) haqqında ayə nazil olan sahabələrdən biri olma şərəfinə də sahibdir. O, "Mənim haqqımda dörd ayə nazil olmuşdur" (Müslim, Fədailu's-Sahabə, 5) deyir. Bu ayələrdən biri Məkkəli müşriklərin Rasulallahdan (sallahu aləyhi və səlləm yanındakı ona iman etmiş gücsüz kimsələri qovmasını istəmələri üzərinə nazil olan, Allah rizasını diləyərək axşam sabah ona dua edən kimsələri qovma" ayəsidir (əl-Ənam, 6/52; Müslim, Fədailu's-Sahabə, 5; diğər âyətlər şunlardır: əl-Ənfal, 8/1; Lokman, 31/15; əl-Maidə, 5/9).Sə’d (r.a) dövrün bütpərəst-müşrik super güclərindən biri olan İran İmperiyasını çökdürən və beləcə İslamın kütlələrə təbliği önündəki büyük əngəllərdən birisini ortadan qaldıran İslam tarixinin ən önəmli savaşlarından biri olan Qadisiyə savaşının komandiri idi. O, ona tapşırılan vəzifəni haqqı ilə yerinə yetirib, Kisranın saraylarını və xəzinələrini ələ keçirtmiş və ediləcək fəth hərakatlarına yeni bir boyut qazandırmışdı. Belə güclü bir siyasi gücə sahib olmasına baxmayaraq bu, onun sadə və zahidanə yaşayışına heç bir təsir etməmişdi. Hər zaman, ümmətin gerçək təmsilciləri olan idarəçilərin verdiği tapşırıqları haqqı ilə yerinə yetirməyə çalışmış, bu vəzifələrdən uzaqlaşdırıldığı zaman qəlbində heç bir əziklik və qırğınlıq hiss etmədən kənara çəkilmişdir. Bunu söyləmək mümkündür ki, Sə’d (r.a) İslam binasının sağlam təməllər üzərinə oturdulmasındakı təməl daşlardan biridir.Sə’ddən (r.a) çox sayda hədis rəvayət edilmişdir. Ondan, İbn Ömər, İbn Abbas, Cabir b. Səmurə, Saib b. Yezid, Aişə (r.a), Said İbn Müseyyəb, Əbu Osman ən-Nəhdi, İbrahim b. Abdurrahman b. Avf, Qays b. Əbi Hazm və diğərləri hədis rəvayət etmişdir. Ayrıca, Amir, Musab, Muhamməd, İbrahim və Aişə də ataları olan Sə’ddən (r.a) hədis rəvayət ediblər (Üsdül-Ğâbə, II, 369). O ) hədis rəvayəti mövzusunda çox etimad olunan səhabədir. Rasulallahdan (sallahu aləyhi və səlləm) hədislər haqqında çok həssas davranan Hz. Ömərin (r.a) oğluna söylədiyi; "Oğlum, Sə'd Rasulallahdan bir rəvayət edibsə, artıq o məsələni bir başqasından soruşma" sözü onun bu baradə güvənilirliyini açıqca ortaya qoymaqdadır (Asrı Saadət, I, 437-438). Sə’d (r.a) orta boylu, güclü, sərt əlli bir vücuda sahib olub, simpatik bir kişiliyi vardı (Asrı Saadət, I, 440; farklı bir rivayət üçün bk. Üsdü'l-Ğâbə, II, 368).Sə’d (r.a), səkkiz dəfə evlənmiş , on yedd qız, on yeddi də oğlan olmaqla otuz dörd uşağa sahib olmuşdu (Asr-ı Saadət, I, 441).Ömər TƏLLİOĞLU
Şərhlər(0)
Baxış sayı: 91
Noyabr 24, 2007 15:01
