Ölümə Hazırlıq
Farida Yanvar 23, 2008 14:43
Allah Təala belə buyurur: Hər bir kəs ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən başqa bir şey deyildir. (Ali İmran surəsi 185)Bax bu ölüm və ölüm sonrası gərçəyidir.Fəqir ya da zəngin,sağlam ya da xəstə,böyük ya da kiçik idarə edən ya da idarə edilən olsun..hər birimizin dadacağı ölüm.... Uzaq bir yerə,yüksək bir qalaya və ya dərin bir vadiyə qaçsa belə ölümdən heç kim qurtula bilməyəcək. Allah Təala belə buyurur: Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq.
Şərhlər(0)
Baxış sayı: 82
Yanvar 23, 2008 14:43
“Allah dilədiyi kimsələrə eşitdirər.Sən qəbirdə olanlara eşitdirə bilməzsən.” –buyuran Allaha həmd olsun.Ona həmd edir və ona şükr edirəm.O gözlərin xain baxışını vəqəlblərin gizlədiklərini bilir.Şəhadət edirəm ki,Allahdan başqa ilah yoxdur.O təkdir və ortağı yoxdur.( Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır –Mülk 2)Və şəhadət edirəm ki, Muhamməd Onun qulu və rəsuludur.Allah onu hidayət və nur ilə göndərmişdir.Allah Ona,ailəsinə və əshabına Qiyamət gününə qədər faydalanacağımız Qiyamət gününə qədər faydalanacağımız bir Salat ilə Salat və Salam etsin. Bundan sonra ; Sizlərə və öz nəfsimə təqva ilə Allahdan haqqı ilə qorxmağı tövsiyyə edirəm.Çünki təqva dünya və axirətdə ən yaxşı azikdir,qurtuluş ancaq onunladır.Allaha səlim bir qəlblə gələnlər xaric,o gündə malın da evladın da faydası olmaz.Allah Təala belə buyurur: Hər bir kəs ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən başqa bir şey deyildir. (Ali İmran surəsi 185)Bax bu ölüm və ölüm sonrası gərçəyidir.Fəqir ya da zəngin,sağlam ya da xəstə,böyük ya da kiçik idarə edən ya da idarə edilən olsun..hər birimizin dadacağı ölüm.... Uzaq bir yerə,yüksək bir qalaya və ya dərin bir vadiyə qaçsa belə ölümdən heç kim qurtula bilməyəcək. Allah Təala belə buyurur: Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq.Ölüm nəticəsi açıq-aydın olmasına baxmayaraq yenə də ağılları heyrətə gətirən və zəki insanları belə çaşdıran sirlərdən biridir.Çünki ölüm ruh ilə əlaqədardır. Allah Təala belə buyurur: “Səndən ruh haqqında soruşarlar. De: 'Ruh Rəbbimin əmrindədir. Sizə yalnız cüz’i bir bilik verilmişdir!'(İsra surəsi 85) Sağlam və afiyət dolu bir gəncin,qalibləri belə qısa vaxtda yerə sərən bir igidin cansız bir cəsəd halına gəldiyini,hərəkətsiz bir cismə döndüyünü görərsən.o gənclik getmiş,o qüvvət yox olmuş,duyğuları kəsilmiş,eşitmə,görmə və duyma daynmış,dili tutulmuşdur.O elmli bir alim,bəlağət sahibi bir ədib,işinin əhli olan bir həkim və ya yetənəkli bir mucit ola bilər.Fəqət ömürlər bitib əcəllər gəlincə bunun ruhların alınmasını əngəlləməsi mümkün deyildir. Allah Təala belə buyurur: Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər(Nəhl surəsi 61)Avn ibn Abdullah ibn Ütbə ibn Məsud (Rahimuhullah) minbərə çıxar və belə deyərdi:”Bir günü qarşılayıb onu tamalaya bilməyən,sabahı gözləyib ona yetişə bilməyən neçə kimsə var.Əcələ və əcəlin gəlişinə baxsaydınız uzun əməlllərdən və onların sizi aldatmasından xoşlanmazdınız.İnsan səhhətindən faydalanarkən,sağlamlığı ilə nemətlənərkən gəzib oynayar,qürurla dolaşar və kibirlənərkən,əmr edib yasaqlarkən bir də nə görsün ölüm xəstəliyi ovunun üzərinə hücüm edən bir aslan kimi üzərinə hücum etmiş...Vücudu zəif düşmüş,səsi qısılmış,sümükləri qüvvətini itirmiş və gücü əriyib yox olmuş...Dünyadan köçmüş və əməl dəftəri bağlanmış...Ölüm nə qədər də yaxındır!Hər gün o, bizə bir az daha yaxınlaşır,biz də ona bir az daha yaxınlaşırıq.Ölümlə aramızda yazılan yazının əcəlinə çatmasından başqa şey yoxdurşBir də baxacağıq ki ölümlə qarşı-qarşıyayıq.Ömür gerçəkdə öncə açan sonra solan çiçəklərdən,öncə aydınladan sonra da sönən bir lampadan,yada öncə işıq saçan sonra da kül olan alovdan başqa bir şey deyildir. Tamahkarlar və dünyaya meyl edənlər qəbirlərin dağınıq qumları üzərində və yıxılmış daşları arasında düşünməlidirlər ki,şəhvətlərin və haram ləzzətlərin yolu yaşıllq və çiçəklərlə süslənmiş olsa belə sonucda insanı qəbirdə olanların vardığı sona aparacaqdır.Gözlərini o şəxslərə açmadan öncə ölüm xəbərçisi ona müjdə ilə gələn nə xoşbəxtdir. Quranın və ölümün çəkindirmədiyi bir kimsəni ğözünün önündə dağların bir-birinə girməyi belə əngəlləyə bilməz. Məzarlıqlarda gördüklərimiz ən böyük ibrət qaynağıdır.Bu gün cənazə daşıyan sabah özü daşınacaqdır.Məzarlıqdan evinə dönən sabah onun özünü orda qoyub evə qayıdacaqlar.Təkbaşına,yalnız və əməli ilə başbaşa buraxılacaqdır.Əməli yaxşıdısa yaxşı olacaq,pisdisə pis olacaqdır. Günümüzdə cənazə dəfn etmək üçün gələn bəzi kimsələrin gülüb əyləndiklərinin görürük.Ya da göstəriş və riya məqsəd ilə cənazəyə qatılmış,axirət gününü,bərzəxin və Qiyaət gününün qorxusunu unutmuşdur.Bu, qəlbləri qatılaşdıran qəflət səbəbi ilədir.Allahdan bu qəflətdən qurtulmağı diləyirik. Ölüm onu yandıracaq,torpaq yatağı,qəbir evi,torpaöın içi yurdu,Qiyamət görüşmə yeri ,Cənnət və ya Cəhənnəm son mənzili olacaq bir kimsənin ölümü xatırlaması,ona hazırlıqlı olması ölümü düşünməsi lazımdır.Özünü ölülərin yerinə qoyması və qəbir əhlinən biri olaraq görməsi yaxşıdır.Çünki hər gələcək yaxındır.Ölüm Mələyi gəldiyi vaxt nə malın nə də yaxınların onu səndən uzaqlaşdıra bilməz. İstədikləri hər şeyi əldə edən istəyinə heçqarşı çıxan olmayanlar indi haradadır?....Topladılar və topladıqlarını yeyə bilmədilər.Evlər tikdilər amma otura bilmədilər.yenə də bizlər ölümü unudur və həyat dənizində üzməyə davam edirik.Sanki bu dünyada əbədi qalacağıq.Üveys əl-Qarani belə deyir: “Yatdıöınız vaxt ölümü özünüzıyastıq edin,oyandığınızda da onu gğzünüzün önündən ayırmayın.” Ölümü xatırlayanın yanında dünya və müsibətləri kiçik qalar.Çünki onun qayəsi uca və qeyrəti qüvvətli olar.riyadan və göstərişdən uzaq olar.Cənnətdəki qalıcı nemətləri gözləyər.Ölümü xatırlamaq insanın yaçamını şəkilməz hala gətirməsi,evinə qapanıb həyatın gərəklərini tərk etməsi ,çalışmağı tərk etməsi üçün deyildir. Ibadət və İtaətlə,oruc,gecə namazı,yaxşılığı əmr edib pisliklərdən çəkindirmək,
möhtaclara yardım etmək kimi ibadətləri çox etməklə ölümə və sonrasına yaxşı bir şəkildə hazırlanmaq üçün ölümü xatırlayaq.
Mədinə xütbəsi
