Hədislər
Farida Mart 7, 2008 14:29Udeyy ibn Hatim (radiyallahu anhu) revayet edir ki, Peyqember (sallallahu aleyhi ve sellem) bele buyurdu: "Sizlerden ele biri yoxdur ki, Rebbi onunla aralarinda tercumeçi olmadan tekbetek danismasin. Adam saqina baxib evvel gorduyu yaxsi emelleri gorer, soluna baxib gorduyu pis emelleri gorer, qarsisina baxib ancaq Cehennemi gorer. Cehennemden yarim xurma ile olsa bele qorunun" (Buxari, Zekat 9; Muslim, Zekat 67; Tirmizi, Qiyamet 1; Ibn Mace, Mukaddime 13,
____________________________________________________
Geyinende saqla bashlamaq, soyunanda solla
Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Sizlərdən biriniz ayaqqabı geyinəndə sağdan başlasın, çıxardanda soldan başlasın. Qoy sağ ayaqı geyinilənin birincisi, soyunulanın axırıncısı olsun" (Səhih Buxari, Libas 39; Muslim, Libas 67; Əbu Davud, Libas 41; Tirmizi, Libas 37; İbn Macə, Libas 38) Ümumiyyətlə müsəlman, ayaqqabı və s. kimi paltar geyinəndə sağdan başlamalı, bunları çıxardanda isə soldan başlamalıdır. Eləcə də bir şey yeyərkən və ya içərkən sağla etməlidir. Dəstəmaz alarkən birinci sağ tərəf orqanları yuyunmalıdır.______________________________________________
Yemek yeyerken ve yeyenden sonra
Cabir ibn Abdullah (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Əgər sizlərdən birinizin yeməyinin tikəsi yerə düşsə, onu götürüb təmizləsin və yesin. Tikəsini şeytana buraxmasın. Barmqalarını yalamamış əlini dəsmala sürtməsin. Çünki o bilmir ki, bərəkət yeməyin harasındadır" (Səhih Muslim, Əşribə 136; Əbu Davud, Ətimə 49; Tirmizi ,Ətimə 11)
_______________________________________________
Cabir (radiyallahu anhu) rəvayət edir ki «Uhud döyüşündə səhabələrdən bir nəfər Peyğəmbər (sallalahu aleyhi və səlləm)-ə «Əgər öldürülsəm, harada olaram?» deyə soruşdu. Peyğəmbər (sallalahu aleyhi və səlləm) ona : «Cənnətdə» deyə cavab verdi. Bunu eşidən səhabə əlindəki yeməkdə olan xurmalarını atdı, qalxdı döyüşə girdi və şəhid oluncaya qədər vuruşdu (Buxari, Məğazi 17; Muslim, İmarə 143, Nəsai, Cihad 31)
_______________________________________________
Duanin ədəbi
Ənəs (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Sizdən biriniz dua etdiyi zaman qəti bir istək ilə dua etsin. "Allahım istəsən mənə ver" deməsin. Çünki Allahı buna məcbur edəcək bir şey yoxdur" (Səhih Buxari, Daavat 21; Muslim, Zikr 7)
İzahı: Allaha dua edərkən "istəsən bağışla" kimi sözlərin söylənilməsi düzgün deyil. Çünki bu cür ifadələr, istədiyini rahatca edə bilməyənlər üçün istifadə olunur. Allah isə bu sifətdən uzaqdır. Allahı bir şeyə məcbur edəcək qüvvə yoxdur. Əlavə olaraq bu cür ifadələr sanki "versən də olar verməsən də" kimi ifadələrə bənzəyir ki, bu da özünü uca tutanların ifadəsidir, Allaha qarşı belə ifadə işlətmək günahdır və uyğun deyil. İstəyinin qəbul edilib edilməməsində şübhəyə düşmə yönündən də mənasız ifadədir. Allah paxıl deyil və istədiyinə verir. Buna görə də duada qəti ifadələr istifadə olunmalı, səmimi və ixlaslı olmaq və istənilən şeyin Allahdan qəti olaraq istəmək lazımdır. Başqa bir səhih hədisdə Uca Allah buyurur ki "Bütün insanlar düz bir yerdə toplanıb Məndən istədiklərinin hamısını istəsələr, Mən onlara istədiklərinin hamısını verərəm və Mənim mülkümdən heç bir şey azalmaz"
____________________________________________________
_________________________________________________
Hər hansı birinizin tövbə etməyinə görə Allahın sevinci, sahibsiz çöldə gedərkən üzərində olan yemək içməyi ilə birlikdə dəvəsini itirən, axtarması nəticə vermədiyinə görə dəvəni tapma ümüdünü tam itirərək ağacın kölgəsində uzanıb yatan, və bu zaman dəvənin gəldiyini görən, ondan tutan və həddindən artıq çox sevinci səbəbilə bilməyərəkdən "Allahım, Sən mənim qulumsan, mən Sənin rəbbin" deyən kimsənin sevincindən daha çoxdur (Səhih Muslim, Tövbə 7; Tirmizi, Qiyamət 9; İbn Macə, Zühd 30)
_____________________________________________
Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət etdiyinə görə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu: "Şübhəsiz ki, sözdə və əməldə doğruluq, xeyirə və yaxşılığa yöndəldir. Yaxşılıq da Cənnətə yönəldir. Kişi, doğru söz söyləyə-söyləyə Allah qatında sıddık (doğru danışan) olaraq yazılır. Yalançılıq facirliyə (günahlara, yoldan çıxmağa) yönəldir. Fucur da Cəhənnəmə yönəldir. Kişi, yalan söz söyləməyinə davam edər, və sonra Allah qatında yalançı olaraq yazılar" (Buxari, Ədəb 69; Muslim, Birr 103-105; Əbu Davud, Ədəb 80; Tirmizi, Birr 46; İbn Macə, Mukaddima 7; Dua 5)
____________________________________________
İbn Abbas (radiyallahu anhu) belə dedi: Rəsulallah (sallallahu aleyhi və səlləm) xütbə vermək üçün aramızda qalxdı və belə buyurdu: «Ey insanlar! Siz Allah Təalanın qarşısına ayaqyalın, çılpaq və sünnətsiz olaraq çıxacaqsınız. [İlk dəfə yoxdan var etdiyimiz kimi, yenidən yaradacağıq, bu bizim vədimizdir. Biz həqiqətən bunu etməyə qadirik] (Əl Ənbiya, 103) Bilin ki, qiyamət günü insanların ilk geyindiriləni İbrahim əleyhissəlam olacaq. Bilin ki, ümmətimdən bir toplu insan gətirilib sol tərəfə durdurulacaqlar. Mən: "Ey Rəbbim. Bunlar mənim səhabələrimdir, ümmətimdir" – deyəcəm. "Bunların səndən sonra nə bidətlər (yeniliklər) çıxartdıqlarını sən bilmirsən. Və mən, saleh qul İsa əleyhissəlamın dediyi kimi deyəcəm: "Mən aralarında olduğum müddətcə onlara şahid oldum. Sən hər şeyə haqqı ilə şahidsən. Onları cəzalandırsan, şübhəsiz ki, onlar sənin qullarındır. Əgər onları bağışlasan, mütləq güclü və hikmət sahibi ancaq sənsən" (Maidə, 117-118) Və mənə belə deyiləcək: "Həqiqətən onlar, sən onlardan ayrılandan sonra topuqları üzərində geri dönüb, dindarlıqdan dinsizliyə yönəlməyə başladılar" (Səhih Buxari, Ənbiya 8; Səhih Muslim, Cənnət 58; Tirmizi, Qiyamə 3; Nəsai, Cənaiz 119)
______________________________________________
İbn Məsud (radiyallahu anhu) dedi: Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: "Kim Allahın Kitabından bir hərf oxusa, ona bir savab var. Hər savabın qarşılığı on savabdır. Mən demirəm ƏliLəmMim bir hərfdir. Əlif bir hərfdir, Ləm bir hərfdir, Mim bir hərfdir" Hədisi Tirmizi rəvayət etmişdir və hədis həsən səhihdir (Tirmizi, Fədailul Quran 16)
__________________________________________
5)Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, bir gün Peyğəmbər (s.ə.s)-in yanına bir nəfər gəlib soruşdu: ‘Ya Rasulallah. Ən böyük mükafata layiq olan sədəqə nədir?’ Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə cavab verdi. ‘Ən böyük savabı olan sədəqə, sənin güclü qüvvətli ikən, paxıllıqın vaxtı, kasıblıqdan qorxarkən, daha zəngin olmağı düşünərkən verdiyin sədəqədir. Bu işi, can boğaza gəlib (ölüm anında) ‘filankəsə bu qədər’ , ‘filankəsə bu qədər’ deyəcəyin vaxta buraxma. Onsuzda o mal, varislərdən filankəsin və filankəsin olmuşdur (Səhih Buxari, Zəkat 11; Vasaya 17; Səhih Muslim, Zəkat 92)
_________________________________________
6)Əbu Zeyd Usama bin Harisa (radiyallahu anhu) dedi: Peyğəmbər (sallallahu aleyhi və səlləmin) belə buyurduğunu eşitdim: «Qiyamət günü bir adam gətirilib Cəhənnəmə atılar. Bağırsaqları qarnından kənara çıxar və onunla birlikdə, dəyirmanı döndürən uzunqulaq kimi dönər. Cəhənnəm xalqı onun yanına toplanıb deyərlər: «Ey filankəs! Sənə nə oldu? Sən yaxşılığı əmr edib pislikdən çəkindirməzdinmi?» O adam da : «Bəli, yaxşılığı əmr edərdim, amma özüm etməzdim. Pislikdən çəkindirərdim, amma özüm edərdim» deyər. (Səhih Buraxi, Bəd ul xalk, 10; Səhih Muslim, Zühd 51)
