Reklam verin!

Tıkla Həyatın Dəyişsin!

Namaz qılırsanmı?

Blog Haqqında

Farida

Axtarış

Bölmələr

Keçidlər

Açar sözlər

ahmadova  farida 

Sayqaç

  • İndi blogda: 13
  • Keçən ayın hiti: 538
  • Dünənki hit: 9
  • Bugünki hit: 15
  • Ümumi hit: 5721

Müxtəlif

Hicab geyinməyin sirri

Farida Mart 7, 2008 14:34
Müsəlman bacılar, Allahu Təala qadına örtünməyi və hicab geyinməyi əbəs yerə əmr etməmişdir. İslami geyim tərzinin hikməti və sirləri böyükdür.  Fəzilətləri isə tərifə layiqdir. Hicab geyinməyin faydası və məqsədi ucadır. Bunların hamısını bir neçə sətirlə sizlərə çatdırmağı özümüzə borc bilirik:
1)      Namusu və şərəfi qorumaq:  Hicab  şəriət buyuruğu ilə namusu və şərəfi qorumaq üçün əmr olunmuşdur. Örtünməklə şəkk və şübhəyə aparan səbəbləri dəf etmək, fitnə və fəsaddan uzaq olmaq olar. 
2) Qəlbləri təmizləmək:  Hicab  mömin qardaş və bacıların ürəklərini pak etmək, onu imanla ucaltmaq və Allahın haram buyurduğunu düzgün anlamaq üçün buyurulmuşdur. Allahu Təala elə örtünməyi əmr etdiyi ayədə məhz belə buyurmuşdur: ((Bu (örtünmə əmri) sizin (müsəlman kişilər) və onların (müsəlman qadınlar) qəlblərinin təmizliyi üçündür)) Əl-Əhzab surəsi 53-cü ayə 
3) Yüksək əxlaqlı olmaq:  Hicab yüksək əxlaqlı, iffətli, pak, həyalı, abırlı və qeyrətli olmağa çağırır. Pislikdən, çirkinlikdən, nalayiq sözlərdən, atmacalardan, səfehlikdən və fəsaddan örtünüb saxlanmağa kömək edir.
4) Həyasızlıqdan təmizliyə qalxmaq:  Hicab müsəlman qızları ədəbsizlikdən və həyasızlıqdan qoruyan bir əlamətdir. Bu,  onların şərəfinin və təmizliyinin əlamətini göstərir. Örtünmək onları şübhələrdən uzaqlaşdırır. Allahu Təala buyurub ki; (( Bu, (örtünmək və hicab bağlamaq) tanınmamaqları və incidilməməkləri üçün ən asan yoldur)). Əl-Əhzab surəsi 59-cu ayə.  Xarici görünüşün saleh və düzgün - şəriətə uyğun olmağı, daxilin də düzgün və təmiz olmağına dəlalətdir. Iffət və paklıq, qadının başının tacıdır. O evdə ki, o qapıda kı təmizlik və ləyaqət əlaməti var, o evə sevinc bəxş olar. 
5) Pis tamahın və şeytani fikirlərin qarşını almaq:  Hicab əziyyətlərdən, qadınların və kişilərin xəstə qəlblərindən, tamahlardan, xain gözlərdən ən gözəl ictimai qalxandır. Hicab geyinmək kişinin qeyrətini və namusunu qoruyur, onu müdafiə edir və eləcə də qadının şərəf və ləyaqətini qoruyur. Aralarında söz gəzdirənlərdən, camaatı pis adlarla ləkələyənlərdən və şeytanı xətərlərdən ən gözəl qoruyucu qadının örtünməsidir. 
6) Abır və həyanı mühafizə etmək:  Hicab özü elə bu həyatın içindən götürülüb və hicabsız bir həyat qadın üçün təsəvvür olunmazdır. Allahu Təala insanı elə yaradıb ki, onun nəfsində pisliklər olur və bunlardan  qorunmağın, rəzilətin qarşısını almağın və fəzilətə yönəlmənin ən gözəl yolu örtünmədir.  Insan fitrətinə və əxlaqına ən yaxın əməl, insanın qəbul edə biləcəyi ən asan metod, örtünməkdir. Həya imanın bir hissəsidir. Həya  insanlığın və xüsusilə də müsəlmanların ən yüksək xüsusiyyətlərindəndir. Hicab qadına öz həyasını qorumaq üçun ən gözəl vasitədir, hicabı atmaq isə, həyanı kənara atmaq kimidir.
7)Hicab zinadan qorunmaq üçün ən ideal  qalxandır. Bu yolla qadın hər bir şərəfsizin ləkələyə biləcəyi  şey olmur. 8)      Qadın övrətdir, bu övrəti örtmək üçün isə  hicab əmr edilmişdir. Hicab geyinmək  təqvadandır. Allahu Təala buyurub ki: ((Ey adəm oğlu, sizə, övrətlərinizi və ayıb yerlərinizi örtmək üçün libas nazil etdik, təqva libası isə ən xeyirlidir)). Əl-Əraf surəsi 26-cı ayə.  Deməli Allah üçün və Allahdan qorxaraq bədənini örtən təqvalı olur. 
 Mənbə www.islamway.com  www.azerislam.com
Şərhlər(0) Baxış sayı: 74 Mart 7, 2008 14:34

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com