Reklam verin!

Tıkla Həyatın Dəyişsin!

Namaz qılırsanmı?

Blog Haqqında

Farida

Axtarış

Bölmələr

Keçidlər

Açar sözlər

ahmadova  farida 

Sayqaç

  • İndi blogda: 9
  • Keçən ayın hiti: 538
  • Dünənki hit: 9
  • Bugünki hit: 10
  • Ümumi hit: 5716

Müxtəlif

Gecə klubları! Əyləncə yoxsa.....

Farida İyun 16, 2008 18:13

Sual: Universitetdə sinifimizdə müsəlman bir tələbə var və o heç vaxt gəlib bizimlə əyləşmir, nə də bizimlə gecə klubuna getmir. Sualım budur ki, nə üçün islam dini insanlara əylənməməyi və həmişə miskin, yazıq kimi olmağı öyrədir?

Cavab: Həmd Allaha məxsusdur.

Sizin islam barəsində internet səhifəsinə məktub ünvanlanmanız özü-özlüyündə gözəl bir ideyadır. Bu göstərir ki, siz bilmək istədiyiniz məsələ barəsində soruşmaq üçün doğru, münasib yol seçmisiniz. Bu cür etməklə yaxşı etmisiniz və əməlləri yaxşı olanlara “əhsən söyləmək” bizə əmr olunmuşdur.
Öz adımızdan deyirik ki, sənin suallarına və sorğularına cavab verməkdən özümüzü xoşbəxt hiss edirik. Nəinki bu məsələ, bu din barəsində bilmək istədiyiniz hər bir şey və yaxud öyrənməyi uyğun gördüyünüz hər bir şey haqqında suallarınıza cavab verməkdən özümüzü şad hiss edirik.
İstərdik ki, bizim sizə söyləyəcəklərimizə diqqət yetirəsiniz.

Əminik ki, siz sadəcə əylənmək və islam əqidəsinin hökmlərini təkzib etmək, mübahisə etmək üçün bu sualları vermirsiniz. Düşünürük ki, siz ona görə soruşursunuz ki, çünki daha çox öyrənmək istəyirsiniz.
Bir neçə məsələyə toxunmaqla sizin sualınıza cavab vermək istərdik. Güman edirik ki, bizim dediklərimizi siz başa düşmək iqtidarındasınız.

1 Kupalnik geyinmiş bir qadın sizin yanınıza gəlib dünyasını dəyişmiş bir qohumunuz üçün sizə başsağlığı verərsə, siz nə düşünərsiniz? Siz bunu qəbul edərsiniz? Düşünürük ki, cavabınız “xeyr” olacaqdır. Bu cür hərəkət qəbul deyil. Çünki, bu cür mərasim tələb edir ki, başsağlığı vermək üçün insan uyğun geyimdə gəlsin, elə deyilmi?

Sual belədir: Həmin insanın geyim azadlığını məhdudlaşdıran və ondan bir növ paltar geyməsini, digərini geyməməsini zəruri edən nədir? Bu adət və ənənələrdir, elə deyimi?

Gördüyünüz kimi, insan bütün hallarda istədiyini etməkdə sərbəst deyil. Əksinə, bəzən adətlər insanı müəyyən bir şeyi etməkdən çəkindirir və onun azadlığına müəyyən həddlər qoyur.

Sizinlə eyni süfrə arxasında əyləşib yemək yeyən və yemək əsnasında gəyirən insan haqqında nə düşünərdiniz? Bu cür əməli ondan qəbul edərsiniz? Bizə elə gəlir ki, cavab “xeyr” olacaqdır. Bu cür davranış qəbul deyil. Çünki bu əməl gözəl süfrə davranışına ziddir, elə deyilmi?

Sual: Bu insanın azadlığına sədd qoyan və yemək yeyərkən bu cür əməldən onu çəkindirən nədir? Bu incə zövq və əxlaqdır, elə deyilmi? Məlum olur ki, insan başqaları ilə yemək yeyərkən istədiyini etməkdə, məsələn gəyirməkdə, barmaqları ilə burnunu eşələməkdə və s. sərbəst deyil. Çünki incə zövq ondan müəyyən şeylər tələb edir və digər şeyləri etməsinin qarşısını alır.
Bir sürücü maşınını nəqliyyat axınının əks istiqamətində sürərsə və yaxud maşın saxlamağın qadağan olunduğu yerdə maşın saxlayarsa, onun haqqında nə düşünərsiniz? Bu əməli ondan qəbul edərsinizmi?

Düşünürük ki, cavab “xeyr” olacaqdır. O cür əməllər rədd olunur. Çünki bu cür etmək qəbul deyil. Maşını idarə etmək hüququ insanın keyfinə görə deyil və maşın saxlamaq üçün bütün yerlər münasib sayılmır, elə deyilmi?

Sual: Sürücünün azadlığını məhdudlaşdıran və həmin yerdə maşını saxlamasına mane olan nədir? Bu qanundur, elə deyilmi?

Gördüyünüz kimi, bir insan hətta öz maşını belə istədiyi kimi sürməkdə və yaxud istədiyi yerdə saxlamaqda sərbəst deyil. Çünki, qanun göstərir ki, nəqliyyat müəyyən yol ilə hərəkət etməlidir və müəyyən yerlərdə maşınları saxlamağı qadağan edir.
Adət və ənənələr, incə zövq və qanun, bunların hamısının insanlar üzərində müəyyən gücə sahib olduğunu dərk edirsiniz. Yəni bunlar, insanları müəyyən şeyləri etməkdən çəkindirir və başqa işləri görməyi isə vacib edir. Ona görə də, Allahın və yaxud dinin insanlar üzərində hökmünün olduğu heç də qəribə deyil. Biz Rəbbimizin və ya dinimizin bizə nəyi qadağan etdiyini görürük və biz bundan çəkinirik və bunu “qadağa” hesab edirik. Bu sözün qısasıdır. Güman edirik ki, siz dərk edəcəksiniz ki, Allahın, dinin qadağan etdikləri qeyd etdiyimiz bütün şeylərin hamısından daha mühümdür və bunlara diqqət yetirmək və onlardan çəkinmək daha əhəmiyyətlidir. Çünki, O, Xaliqdir. Əmr etmişdir ki, biz Onun qulları olaq və biz də Onu Rəbbimiz, Şəri (qanun qoyucu) və Hakim kimi qəbul etmişik.

Gecə klubuna getməməklə və spirtli içkilər içməməklə müsəlman tələbənin etdiyi-sadəcə ona bunu qadağan edən Allahı razı salmaqdır.


2. Bundan əlavə, siz həmin müsəlman tələbənin gecə klubuna getməməsinə və sizinlə əylənməməsinə etiraz edirsiniz. Biz sizdən soruşuruq: Sizcə bu əyləncənin hər hansı bir həddi varmı, yoxsa həddsizdir? Sizinlə daha açıq danışaq: Siz, sizin qadın tələbələr arasında olan qız dostunuzun başqa bir tələbənin və yaxud bir müəllimin qız dostu olmasını qəbul edərsinizmi? Sizin onunla yaxın olduğunuz kimi başqa birinin də onunla yaxın olduğunu qəbul edirsinizmi? Orta məktəblərdə və kolleclərdə bundan dolayı baş verən bir çox ölüm hallarından xəbərimiz var. Bizə cavab verməyinizə ehtiyac yoxdur. Çünki, adətən sonu ölümlə qurtaran münaqişələri görmüşük, eşitmişik və bu barədə oxumuşuq. Bütün bunlardan məqsəd, həmin qız tələbənin qəlbinə girməkdə yarışmaqdan dolayı olmuşdur. Bu belə deyilmi? Elə isə, sizin çağırdığınız bu əyləncə nədir? Siz nə üçün eyni qadın tələbə ilə yaxınlıq etmək istəyən digər tələbə və müəllimlərə bu cür əyləncəni qadağan edirsiniz? Ola bilsin ki, onlar da istəyirlər.

Siz sağlam insan təbiətinə və yaşadığınız həqiqətə qarşı çıxsanız və sevdiyiniz qız tələbə ilə digər tələbələrin də “yaxın əlaqədə” olmasını qəbul etsəniz, eyni şeyi siz öz həyat yoldaşınız üçün qəbul edərdinizmi? Ümid edirik ki, bu sual sizi qəzəbləndirməyəcəkdir. Bizim istədiyimiz yeganə şey sizə başa salmaqdır ki, sizin cəmiyyətdə ziddiyyətlər mövcuddur, bununla siz əyləncəyə və həzz almağa dəvət edirsiniz, lakin özünüzə, nəfsinizə, arzu və həvanıza aid olan şeylər ilə bunu məhdudlaşdırırsınız, bir müsəlman öz dininə görə bunu etməkdən imtina edirsə onu “gülüş obyektinə” çevirirsiniz və tənqid edirsiniz. Bundan əlavə, bu sual ilə əlaqədar dinimizdə bir mənbə keçir.

Bilirisnizmi bu nədir?

Bir cavan oğlan peyğəmbərimiz Muhəmmədin sallallahu aleyhi və səlləm yanına gəlir və zina etməsi üçün ona icazə verməyini istəyir. Bəli, o başqa insanların qızları və qadınları ilə zina etməsi üçün izn istəyir. Bilirsinizmi, peyğəmbər sallallahu aleyhi və səlləm ona nə söylədi? Ona dedi: “Anan üçün bu cür edilməsini qəbul edərsənmi? Bacın üçün bu cür edilməsini qəbul edərsənmi?” və hər dəfə gənc oğlan “xeyr” deyirdi. Yəni, heç kəsin onun anası, bacısı və yaxud qızı ilə zina etməsini qəbul etməyəcəyini söyləyirdi. Hər dəfə də, peyğəmbər sallallahu aleyhi və səlləm ona deyirdi: “Eynilə, insanlar bunu öz anaları, bacıları və yaxud qızları üçün qəbul etmirlər”. Peyğəmbər sallallahu aleyhi və səlləm onun üçün dua etdi və onun yanından gedəndən sonra zina onun düşüncəsində əməllərin ən iyrənci oldu.


Siz bu müsəlmanı əylənməyə dəvət edirsiniz və biz də məntiqi bir sual verdik: Sevdiyiniz qız ilə başqa birisinin “yaxınlıq” etməsini istərdinizmi? Arvadınız ilə yaxınlıq etməsini istərdiniz? Qızınız ilə necə? Biz tam əminik ki, imansız arvadların ölüm hadisələrinin baş verməsinin səbəbi, Allah təalanın bütün insanların fitrətində xəlq etdiyi sağlam insan təbiətidir. Halbuki insanlar bunu inkar edir və bunu güclü şəkildə rədd edirlər, hətta bu onu və yaxud onun sevgilisinin öldürülməsi ilə nəticələnsə belə. Hətta, son aqibəti ömürlük həbs və yaxud edam olsa da. İmansız “qız dost” əlbəttə ki, imansız “zövcə” kimi deyil. Lakin, “oğlan dostlar” belə “qız dostlarının” hər kəs tərəfindən paylaşmasını qəbul etmir.
İslam dininin gətirdiyi qaydalar əsaslı və çox hikmətlidir; bunlar, fərd, cəmiyyətlər və dövlətlərin mənafeyinə ən yaxşı şəkildə xidmət edir. Nikahdan kənar evliliyi islam dini qadağan edərkən, bundan məqsəd cəmiyyətlərin qəlb və bədən ilə saf olmasını təmi etməkdir. Haram və saxta əlaqə səbəbi ilə meydana gələn cinsi yolla keçən xəstəliklərə yoluxanlar haqqında “böyük rəqəmlərin” olmasını bilmək sizə kifayətdir. Halbuki, müxtəlif dinlərdə bizə elə gəlir ki, bunun qadağan olunmasında ixtilaf olmamalıdır.

Nə qədər insan AİDS-in qurbanı olmuşdur?

Nə qədər insan bu xəstəliklərə yoluxmuşdur?

Onlardan vəfat etməyənlər necə yaşayırlar?

Bu insanın özünü sürüklədiyi bədbaxt, zəlil bir həyat və dəhşətli bir ölümdür. Hansı ki, bir anlıq həzzin əvəzini “öz həyatı ilə” ödəməli olur!!! İslam dini müsəlmanın imanını, qəlbini və bədənini mühafizə edən şeyləri özü ilə gətirmişdir. Buna görə də, müsəlman bir kəs haram işləri işəməkdən çəkinir və Allahın onun üçün buyurduqları ilə qane olur, çünki Allah insanlar üçün nəyin ən yaxşı, faydalı olacağını ən yaxşı bilir.

4 Nəzərə alın ki, bu dünyada əldən buraxdığınız üçün peşmançılıq hissi keçirəcəyəniz heç bir şey yoxdur. Çünki, bu dünya müsəlman üçün bir “zindandır” və onun cənnəti və həqiqi əylənməsi isə axirətdədir. Kafirə gəldikdə, onun cənnəti yalnız bu dünyadadır, burada dünyanın əyləncələrindən ləzzət alır, sonra isə onun son aqibəti, taleyi zəlillik və xüsran olacaqdır.

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləm bizə bunu bildirmişdir: “Bu dünya möminin zindanı kafirin isə cənnətidir” . (Müslim 2956)

Alimlərimiz bizə bunları aşağıdakı kimi şərh etmişdirlər:

Bu dünyada həbs olunan və qadağan olunmuş, iyrənc arzu-həvalardan, istəklərdən məhrum qalmış hər bir mömin çətin ibadətlər etməklə mükəlləf olur, lakin dünyasını dəyişdikdə o bundan xilas olacaqdır və Allahın onun üçün hazırladığı əbədi sevinclərə və heç bir şeyin narahat etmədiyi tam sükunətə nail olacaqdır.

Kafir isə bu dünyada nə əldə edirsə edir, bununla belə əldə etdiyi çox azdır və bir çox problemlər və narahatçılıqlar yaranır, lakin öləndə isə əbədi əzaba və fəlakətə düçar olacaqdır.


Şərh əl-Nəvəvi (18/93)

Ümid edirik ki, bu məsələ üzərində düşünəcəksiniz və həmçinin ümid edirik ki, bu sizin qəlbinizi haqqa açmaq üçün “açar” olacaqdır.

5. Sizə kim deyib ki, islamda əyləncə yoxdur?! Biz əylənirik, lakin Allahın bizə icazə verdiyi ilə əylənirik. Biz sizlərdən də çox əylənirik. Çünki haram şeydə əyləncə yoxdur, əksinə həqiqi əylənmə halaldadır. Günah ardınca peşmançılıq hissi gətirir və bunu edən isə heç zaman xoşbəxt ola bilməz. Bu həqiqətə şahid olmaq üçün öz halınıza göz gəzdirin.
Əgər siz bir qadın ilə yaxınlıq edirsinizsə, biz isə dördü ilə edə bilərik. Gecə-gündüz demədən , bu cür neməti bizə bəxş etdiyinə görə dinimizi təhqir edən sizin bu insanlarınıza nə olub görəsən?
Biz oğullarımız və qızlarımız ilə həyatdan ləzzət alırıq, nəticə etibarilə özünüz də şahid olursunuz ki, müsəlman ailələri böyükdür və çox uşaqları var. Bu yöndən sizdə nə cür ləzzət var?

Biz ana və ata sevgisindən, qayğısından həzz alırıq. Ana və ataya qarşı münasibətin həqiqəti haqqında bilirsinizmi?

Ləzzətli, halal qidadan ləzzət alırıq və ləzzətli halal içkilərdən ləzzət alırıq. Həmçinin həyatımızın digər yönləri haqqında da eyni şey keçərlidir. Əsas odur ki, Allahın halal etdiklərindən və bizə ləzzət almağı halal buyurduqlarından ləzzət alasan.

Bizim xoşbəxt olmağımız və Allahın bizə hidayət etməsindən ləzzət almağımız bizə kifayətdir. Bu hidayət odur ki, Allahın razı qaldığı doğru yola tabe olaq. O doğru yol ki, bizdən əvvəl onunla uca peyğəmbərlər addımlamışdırlar. Bu elə bir səadətdir ki, milyonlarla insanlar bundan məhrum qalmışdırlar, daşlara və yaxud bütlərə və ya özləri kimi insanlara ibadət etməyi özlərində qəbul etmişdirlər. Allah təala bizə xəbər vermişdir ki, bu cür insanların həyatları heç vaxt gözəl olmayacaqdır və onların qəlbləri heç zaman rahatlıq tapmayacaqdır (narahat olacaq), çünki onlar, onları xəlq edən Rəbblərinin (İbadətdə)Təkliyinə iman etməyi tərk etmişdirlər və başqa batil ilahları Ona şərik qoşmuşdurlar. Ona görə də Allah təala bu dünyada onları sıxıntı ilə cəzalandırır və qəbirlərində onları “qəbirlərinin daralması” ilə cəzalandıracaqdır, daha sonra isə Həşr gününün (Qiyamət günü toplaşma) sərtliyi ilə cəzalandıracaqdır. Onların son taleyi, mənzili içində əbədi qalacaqları CƏHƏNNƏM olacaqdır.

Bu sözlərin həqiqi olduğunu dərk etmək istəyirsənsə, elə isə sizin camaatınız və yaxud digərlərinin İslam dinini qəbul etmələrinə dair əhvalatlarını oxu. Onların həyatında baş verən böyük dəyişikliklərə nəzər yetir və indi ləzzət aldıqları, sevinc duyduqları böyük səadətə bir bax.
Sən bizi əylənməyə və həzz almağa dəvət etdiyin kimi, biz də səni səmimi olaraq gəlib bizimlə birlikdə həzz almağa, səadət yoluna tabe olmağa və yuxuya gedərkən və oyanarkən səninlə birlikdə olan, səni heç bir zaman, qəbirə daxil olana qədər və Rəbbin səni səadət yurduna, genişliyi Səmalar və Yerlər qədər olan CƏNNƏTƏ daxil edənə qədər tərk etməyəcək olan həqiqi səadəti dadmağa dəvət edirik.

Allahdan, Rəbbimizdən diləyimiz budur ki, sizi həqiqi elmə hidayət etsin və ilahi vəhyi onunla xətm etdiyi dindən başqa bir dində canınızı almasın.

Tövfiq Allahdandır.
113836


Muhammad Saleh əlMunəccid

Şərhlər(0) Baxış sayı: 39 İyun 16, 2008 18:13

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com