Reklam verin!

Tıkla Həyatın Dəyişsin!

Namaz qılırsanmı?

Blog Haqqında

Farida

Axtarış

Bölmələr

Keçidlər

Açar sözlər

ahmadova  farida 

Sayqaç

  • İndi blogda: 7
  • Keçən ayın hiti: 667
  • Dünənki hit: 21
  • Bugünki hit: 14
  • Ümumi hit: 7503

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Gecə klubları! Əyləncə yoxsa.....

Farida İyun 16, 2008 18:13

Sual: Universitetdə sinifimizdə müsəlman bir tələbə var və o heç vaxt gəlib bizimlə əyləşmir, nə də bizimlə gecə klubuna getmir. Sualım budur ki, nə üçün islam dini insanlara əylənməməyi və həmişə miskin, yazıq kimi olmağı öyrədir?

Cavab: Həmd Allaha məxsusdur.

Sizin islam barəsində internet səhifəsinə məktub ünvanlanmanız özü-özlüyündə gözəl bir ideyadır. Bu göstərir ki, siz bilmək istədiyiniz məsələ barəsində soruşmaq üçün doğru, münasib yol seçmisiniz. Bu cür etməklə yaxşı etmisiniz və əməlləri yaxşı olanlara “əhsən söyləmək” bizə əmr olunmuşdur.
Öz adımızdan deyirik ki, sənin suallarına və sorğularına cavab verməkdən özümüzü xoşbəxt hiss edirik. Nəinki bu məsələ, bu din barəsində bilmək istədiyiniz hər bir şey və yaxud öyrənməyi uyğun gördüyünüz hər bir şey haqqında suallarınıza cavab verməkdən özümüzü şad hiss edirik.
İstərdik ki, bizim sizə söyləyəcəklərimizə diqqət yetirəsiniz.

Əminik ki, siz sadəcə əylənmək və islam əqidəsinin hökmlərini təkzib etmək, mübahisə etmək üçün bu sualları vermirsiniz. Düşünürük ki, siz ona görə soruşursunuz ki, çünki daha çox öyrənmək istəyirsiniz.
Bir neçə məsələyə toxunmaqla sizin sualınıza cavab vermək istərdik. Güman edirik ki, bizim dediklərimizi siz başa düşmək iqtidarındasınız.

1 Kupalnik geyinmiş bir qadın sizin yanınıza gəlib dünyasını dəyişmiş bir qohumunuz üçün sizə başsağlığı verərsə, siz nə düşünərsiniz? Siz bunu qəbul edərsiniz? Düşünürük ki, cavabınız “xeyr” olacaqdır. Bu cür hərəkət qəbul deyil. Çünki, bu cür mərasim tələb edir ki, başsağlığı vermək üçün insan uyğun geyimdə gəlsin, elə deyilmi?

Sual belədir: Həmin insanın geyim azadlığını məhdudlaşdıran və ondan bir növ paltar geyməsini, digərini geyməməsini zəruri edən nədir? Bu adət və ənənələrdir, elə deyimi?

Gördüyünüz kimi, insan bütün hallarda istədiyini etməkdə sərbəst deyil. Əksinə, bəzən adətlər insanı müəyyən bir şeyi etməkdən çəkindirir və onun azadlığına müəyyən həddlər qoyur.

Sizinlə eyni süfrə arxasında əyləşib yemək yeyən və yemək əsnasında gəyirən insan haqqında nə düşünərdiniz? Bu cür əməli ondan qəbul edərsiniz? Bizə elə gəlir ki, cavab “xeyr” olacaqdır. Bu cür davranış qəbul deyil. Çünki bu əməl gözəl süfrə davranışına ziddir, elə deyilmi?

Sual: Bu insanın azadlığına sədd qoyan və yemək yeyərkən bu cür əməldən onu çəkindirən nədir? Bu incə zövq və əxlaqdır, elə deyilmi? Məlum olur ki, insan başqaları ilə yemək yeyərkən istədiyini etməkdə, məsələn gəyirməkdə, barmaqları ilə burnunu eşələməkdə və s. sərbəst deyil. Çünki incə zövq ondan müəyyən şeylər tələb edir və digər şeyləri etməsinin qarşısını alır.
Bir sürücü maşınını nəqliyyat axınının əks istiqamətində sürərsə və yaxud maşın saxlamağın qadağan olunduğu yerdə maşın saxlayarsa, onun haqqında nə düşünərsiniz? Bu əməli ondan qəbul edərsinizmi?

Düşünürük ki, cavab “xeyr” olacaqdır. O cür əməllər rədd olunur. Çünki bu cür etmək qəbul deyil. Maşını idarə etmək hüququ insanın keyfinə görə deyil və maşın saxlamaq üçün bütün yerlər münasib sayılmır, elə deyilmi?

Sual: Sürücünün azadlığını məhdudlaşdıran və həmin yerdə maşını saxlamasına mane olan nədir? Bu qanundur, elə deyilmi?

Gördüyünüz kimi, bir insan hətta öz maşını belə istədiyi kimi sürməkdə və yaxud istədiyi yerdə saxlamaqda sərbəst deyil. Çünki, qanun göstərir ki, nəqliyyat müəyyən yol ilə hərəkət etməlidir və müəyyən yerlərdə maşınları saxlamağı qadağan edir.
Adət və ənənələr, incə zövq və qanun, bunların hamısının insanlar üzərində müəyyən gücə sahib olduğunu dərk edirsiniz. Yəni bunlar, insanları müəyyən şeyləri etməkdən çəkindirir və başqa işləri görməyi isə vacib edir. Ona görə də, Allahın və yaxud dinin insanlar üzərində hökmünün olduğu heç də qəribə deyil. Biz Rəbbimizin və ya dinimizin bizə nəyi qadağan etdiyini görürük və biz bundan çəkinirik və bunu “qadağa” hesab edirik. Bu sözün qısasıdır. Güman edirik ki, siz dərk edəcəksiniz ki, Allahın, dinin qadağan etdikləri qeyd etdiyimiz bütün şeylərin hamısından daha mühümdür və bunlara diqqət yetirmək və onlardan çəkinmək daha əhəmiyyətlidir. Çünki, O, Xaliqdir. Əmr etmişdir ki, biz Onun qulları olaq və biz də Onu Rəbbimiz, Şəri (qanun qoyucu) və Hakim kimi qəbul etmişik.

Gecə klubuna getməməklə və spirtli içkilər içməməklə müsəlman tələbənin etdiyi-sadəcə ona bunu qadağan edən Allahı razı salmaqdır.


2. Bundan əlavə, siz həmin müsəlman tələbənin gecə klubuna getməməsinə və sizinlə əylənməməsinə etiraz edirsiniz. Biz sizdən soruşuruq: Sizcə bu əyləncənin hər hansı bir həddi varmı, yoxsa həddsizdir? Sizinlə daha açıq danışaq: Siz, sizin qadın tələbələr arasında olan qız dostunuzun başqa bir tələbənin və yaxud bir müəllimin qız dostu olmasını qəbul edərsinizmi? Sizin onunla yaxın olduğunuz kimi başqa birinin də onunla yaxın olduğunu qəbul edirsinizmi? Orta məktəblərdə və kolleclərdə bundan dolayı baş verən bir çox ölüm hallarından xəbərimiz var. Bizə cavab verməyinizə ehtiyac yoxdur. Çünki, adətən sonu ölümlə qurtaran münaqişələri görmüşük, eşitmişik və bu barədə oxumuşuq. Bütün bunlardan məqsəd, həmin qız tələbənin qəlbinə girməkdə yarışmaqdan dolayı olmuşdur. Bu belə deyilmi? Elə isə, sizin çağırdığınız bu əyləncə nədir? Siz nə üçün eyni qadın tələbə ilə yaxınlıq etmək istəyən digər tələbə və müəllimlərə bu cür əyləncəni qadağan edirsiniz? Ola bilsin ki, onlar da istəyirlər.

Siz sağlam insan təbiətinə və yaşadığınız həqiqətə qarşı çıxsanız və sevdiyiniz qız tələbə ilə digər tələbələrin də “yaxın əlaqədə” olmasını qəbul etsəniz, eyni şeyi siz öz həyat yoldaşınız üçün qəbul edərdinizmi? Ümid edirik ki, bu sual sizi qəzəbləndirməyəcəkdir. Bizim istədiyimiz yeganə şey sizə başa salmaqdır ki, sizin cəmiyyətdə ziddiyyətlər mövcuddur, bununla siz əyləncəyə və həzz almağa dəvət edirsiniz, lakin özünüzə, nəfsinizə, arzu və həvanıza aid olan şeylər ilə bunu məhdudlaşdırırsınız, bir müsəlman öz dininə görə bunu etməkdən imtina edirsə onu “gülüş obyektinə” çevirirsiniz və tənqid edirsiniz. Bundan əlavə, bu sual ilə əlaqədar dinimizdə bir mənbə keçir.

Bilirisnizmi bu nədir?

Bir cavan oğlan peyğəmbərimiz Muhəmmədin sallallahu aleyhi və səlləm yanına gəlir və zina etməsi üçün ona icazə verməyini istəyir. Bəli, o başqa insanların qızları və qadınları ilə zina etməsi üçün izn istəyir. Bilirsinizmi, peyğəmbər sallallahu aleyhi və səlləm ona nə söylədi? Ona dedi: “Anan üçün bu cür edilməsini qəbul edərsənmi? Bacın üçün bu cür edilməsini qəbul edərsənmi?” və hər dəfə gənc oğlan “xeyr” deyirdi. Yəni, heç kəsin onun anası, bacısı və yaxud qızı ilə zina etməsini qəbul etməyəcəyini söyləyirdi. Hər dəfə də, peyğəmbər sallallahu aleyhi və səlləm ona deyirdi: “Eynilə, insanlar bunu öz anaları, bacıları və yaxud qızları üçün qəbul etmirlər”. Peyğəmbər sallallahu aleyhi və səlləm onun üçün dua etdi və onun yanından gedəndən sonra zina onun düşüncəsində əməllərin ən iyrənci oldu.


Siz bu müsəlmanı əylənməyə dəvət edirsiniz və biz də məntiqi bir sual verdik: Sevdiyiniz qız ilə başqa birisinin “yaxınlıq” etməsini istərdinizmi? Arvadınız ilə yaxınlıq etməsini istərdiniz? Qızınız ilə necə? Biz tam əminik ki, imansız arvadların ölüm hadisələrinin baş verməsinin səbəbi, Allah təalanın bütün insanların fitrətində xəlq etdiyi sağlam insan təbiətidir. Halbuki insanlar bunu inkar edir və bunu güclü şəkildə rədd edirlər, hətta bu onu və yaxud onun sevgilisinin öldürülməsi ilə nəticələnsə belə. Hətta, son aqibəti ömürlük həbs və yaxud edam olsa da. İmansız “qız dost” əlbəttə ki, imansız “zövcə” kimi deyil. Lakin, “oğlan dostlar” belə “qız dostlarının” hər kəs tərəfindən paylaşmasını qəbul etmir.
İslam dininin gətirdiyi qaydalar əsaslı və çox hikmətlidir; bunlar, fərd, cəmiyyətlər və dövlətlərin mənafeyinə ən yaxşı şəkildə xidmət edir. Nikahdan kənar evliliyi islam dini qadağan edərkən, bundan məqsəd cəmiyyətlərin qəlb və bədən ilə saf olmasını təmi etməkdir. Haram və saxta əlaqə səbəbi ilə meydana gələn cinsi yolla keçən xəstəliklərə yoluxanlar haqqında “böyük rəqəmlərin” olmasını bilmək sizə kifayətdir. Halbuki, müxtəlif dinlərdə bizə elə gəlir ki, bunun qadağan olunmasında ixtilaf olmamalıdır.

Nə qədər insan AİDS-in qurbanı olmuşdur?

Nə qədər insan bu xəstəliklərə yoluxmuşdur?

Onlardan vəfat etməyənlər necə yaşayırlar?

Bu insanın özünü sürüklədiyi bədbaxt, zəlil bir həyat və dəhşətli bir ölümdür. Hansı ki, bir anlıq həzzin əvəzini “öz həyatı ilə” ödəməli olur!!! İslam dini müsəlmanın imanını, qəlbini və bədənini mühafizə edən şeyləri özü ilə gətirmişdir. Buna görə də, müsəlman bir kəs haram işləri işəməkdən çəkinir və Allahın onun üçün buyurduqları ilə qane olur, çünki Allah insanlar üçün nəyin ən yaxşı, faydalı olacağını ən yaxşı bilir.

4 Nəzərə alın ki, bu dünyada əldən buraxdığınız üçün peşmançılıq hissi keçirəcəyəniz heç bir şey yoxdur. Çünki, bu dünya müsəlman üçün bir “zindandır” və onun cənnəti və həqiqi əylənməsi isə axirətdədir. Kafirə gəldikdə, onun cənnəti yalnız bu dünyadadır, burada dünyanın əyləncələrindən ləzzət alır, sonra isə onun son aqibəti, taleyi zəlillik və xüsran olacaqdır.

Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləm bizə bunu bildirmişdir: “Bu dünya möminin zindanı kafirin isə cənnətidir” . (Müslim 2956)

Alimlərimiz bizə bunları aşağıdakı kimi şərh etmişdirlər:

Bu dünyada həbs olunan və qadağan olunmuş, iyrənc arzu-həvalardan, istəklərdən məhrum qalmış hər bir mömin çətin ibadətlər etməklə mükəlləf olur, lakin dünyasını dəyişdikdə o bundan xilas olacaqdır və Allahın onun üçün hazırladığı əbədi sevinclərə və heç bir şeyin narahat etmədiyi tam sükunətə nail olacaqdır.

Kafir isə bu dünyada nə əldə edirsə edir, bununla belə əldə etdiyi çox azdır və bir çox problemlər və narahatçılıqlar yaranır, lakin öləndə isə əbədi əzaba və fəlakətə düçar olacaqdır.


Şərh əl-Nəvəvi (18/93)

Ümid edirik ki, bu məsələ üzərində düşünəcəksiniz və həmçinin ümid edirik ki, bu sizin qəlbinizi haqqa açmaq üçün “açar” olacaqdır.

5. Sizə kim deyib ki, islamda əyləncə yoxdur?! Biz əylənirik, lakin Allahın bizə icazə verdiyi ilə əylənirik. Biz sizlərdən də çox əylənirik. Çünki haram şeydə əyləncə yoxdur, əksinə həqiqi əylənmə halaldadır. Günah ardınca peşmançılıq hissi gətirir və bunu edən isə heç zaman xoşbəxt ola bilməz. Bu həqiqətə şahid olmaq üçün öz halınıza göz gəzdirin.
Əgər siz bir qadın ilə yaxınlıq edirsinizsə, biz isə dördü ilə edə bilərik. Gecə-gündüz demədən , bu cür neməti bizə bəxş etdiyinə görə dinimizi təhqir edən sizin bu insanlarınıza nə olub görəsən?
Biz oğullarımız və qızlarımız ilə həyatdan ləzzət alırıq, nəticə etibarilə özünüz də şahid olursunuz ki, müsəlman ailələri böyükdür və çox uşaqları var. Bu yöndən sizdə nə cür ləzzət var?

Biz ana və ata sevgisindən, qayğısından həzz alırıq. Ana və ataya qarşı münasibətin həqiqəti haqqında bilirsinizmi?

Ləzzətli, halal qidadan ləzzət alırıq və ləzzətli halal içkilərdən ləzzət alırıq. Həmçinin həyatımızın digər yönləri haqqında da eyni şey keçərlidir. Əsas odur ki, Allahın halal etdiklərindən və bizə ləzzət almağı halal buyurduqlarından ləzzət alasan.

Bizim xoşbəxt olmağımız və Allahın bizə hidayət etməsindən ləzzət almağımız bizə kifayətdir. Bu hidayət odur ki, Allahın razı qaldığı doğru yola tabe olaq. O doğru yol ki, bizdən əvvəl onunla uca peyğəmbərlər addımlamışdırlar. Bu elə bir səadətdir ki, milyonlarla insanlar bundan məhrum qalmışdırlar, daşlara və yaxud bütlərə və ya özləri kimi insanlara ibadət etməyi özlərində qəbul etmişdirlər. Allah təala bizə xəbər vermişdir ki, bu cür insanların həyatları heç vaxt gözəl olmayacaqdır və onların qəlbləri heç zaman rahatlıq tapmayacaqdır (narahat olacaq), çünki onlar, onları xəlq edən Rəbblərinin (İbadətdə)Təkliyinə iman etməyi tərk etmişdirlər və başqa batil ilahları Ona şərik qoşmuşdurlar. Ona görə də Allah təala bu dünyada onları sıxıntı ilə cəzalandırır və qəbirlərində onları “qəbirlərinin daralması” ilə cəzalandıracaqdır, daha sonra isə Həşr gününün (Qiyamət günü toplaşma) sərtliyi ilə cəzalandıracaqdır. Onların son taleyi, mənzili içində əbədi qalacaqları CƏHƏNNƏM olacaqdır.

Bu sözlərin həqiqi olduğunu dərk etmək istəyirsənsə, elə isə sizin camaatınız və yaxud digərlərinin İslam dinini qəbul etmələrinə dair əhvalatlarını oxu. Onların həyatında baş verən böyük dəyişikliklərə nəzər yetir və indi ləzzət aldıqları, sevinc duyduqları böyük səadətə bir bax.
Sən bizi əylənməyə və həzz almağa dəvət etdiyin kimi, biz də səni səmimi olaraq gəlib bizimlə birlikdə həzz almağa, səadət yoluna tabe olmağa və yuxuya gedərkən və oyanarkən səninlə birlikdə olan, səni heç bir zaman, qəbirə daxil olana qədər və Rəbbin səni səadət yurduna, genişliyi Səmalar və Yerlər qədər olan CƏNNƏTƏ daxil edənə qədər tərk etməyəcək olan həqiqi səadəti dadmağa dəvət edirik.

Allahdan, Rəbbimizdən diləyimiz budur ki, sizi həqiqi elmə hidayət etsin və ilahi vəhyi onunla xətm etdiyi dindən başqa bir dində canınızı almasın.

Tövfiq Allahdandır.
113836


Muhammad Saleh əlMunəccid


Bookmark and Share
Şərhlər(0) Baxış sayı: 95 İyun 16, 2008 18:13

Ölüm Hər an gəlir!

Farida Aprel 16, 2008 10:39

Lütfen  okuyun ve biraz düşünün...
Neden namaz kılmıyorsun???
namaz kılmamak için bir sebebin mi var yoksa?
ne olabilir ki namazdan önemli olan sebep???

Namaz Kılıyor musun?


dur ben tahmin edeyim:
namaz kılacak vaktin yok değil mi?
ama onların da yoktu...



ya bedir savaşına ne demeli:

savaş hiç durulmuyordu aksine gittikçe kızgınlaşıyordu, bu arada ikindi vakti çıkmak üzereydi, ama kılacak zamanda yoktu karşında en az on katın düşman vardı.
kenara çekilipte namaza duramazdın, yada namazı kılmıyacaksın di mi bence en kolayı bu...
ya onlar ne yaptı Peygamberimiz 300 kişilik ordusun ikiye ayırdı yarısı geriye çekildi diğer yarısıdaha ileri atıldı ve daha bir kuvvetle savaştı,
ve geriye çekilenler Peygamberimizin imamlığında namazı kıldılar;bitince de digerleri ile yerdeğiştirip onlar savaşmaya başladı diğerleri geri çekilip  namazı eda ettiler...

sence onların zamanı varmıydı? ya da bunların...







ama o zaman bu yoktu değil mi?



yada bu








( resimdeki yazılar için tıklayın: http://img70.imageshack.us/img70/6154/huuml6li7.jpg  )
eee tek sebebin bu mu yani? başkaları da yok mu?

hem vakit bulsan bile nerde kılacaksın ki namazı yer yok ki evde değilsin zaten başka yerde yok değil mi?

sence onların yeri var mı?







buda tutmadı başka yokmu bahanen?
yada yolculuk yapıyosundur değil mi, kılacak yer yok ki olsa kılardın...
peki onların var mı?



 
buda olmadı galiba?

yada çok yoğunsundur, çok işin vardır hiç ayıracak vaktin yoktur değil mi?

onların da işi çok ama bi on dakika ayırabiliyorlar




ama senin bir dakikan bile yok değil mi?

bir düşün bakalım bu kadar vakti ne için harcıyosun, dünyalık için değil mi?
iyi para kazanıyım, rahat yaşıyım, param pulum olsun hepsi bunun için mi?
bir daha düşün sen önce kim götürmüş bir bez parçasından başka bir şey, orada rahat etmek için kim biriktirebilmiş veya götürebilmiş kazandıklarını?
oraya gittiğinde ilk sorulacak soru ne biliyor musun?

yaa o zaman ne cevap vereceksin, vaktim yok diyemezsin, yer bulamadım diyemezsin, işim vardı diyemezsin değil mi?

belki şunu dersin: 'bu kadar çabuk beklemiyordum ölümü yoksa kılacaktım ileride namazımı kaza namazıda kılacaktım'...ama senin yaşın genç daha yaşlanınca kılarsın değil mi hem o zaman bol bol vaktinde olacak,
ya yaşlanmazsan...

ya sen namaz kılmadan, senin namazını kılarlarsa...




bunlar kadar gençmisin sen,ama bak onlar kılıyor neden?



namaza yetişmek için koşan bir çocuğa Hz.Ömer(r.a) 'sen daha çocuksun bu kadar telaş etmene gerek yok sen daha küçüksün namaz sana farz değil'demişti de çocuk cevap vermişti:'Amca, amca! Bu işin büyüğü küçüğü olur mu? Daha dün mahallemizde bir çocuk öldü. Üstelik benden de küçüktü. Ölüm denen gerçeğin büyük küçük ayırdığı yok. En iyisi her yaşta buna hazır olmalı. Hem bu yaşta Namaza alışmazsam, büyüyünce kılmak zor gelebilir.'

sen hala gencim de...?



aaa olmadı hastasın değil mi onun için kılamıyorsun, özür dilerim...

ama iyileşmen için namaz kılman gerektiğini biliyor musun? öyle dememiş mi Peygamberimiz'namazda şifa var' kalk bir kıl bakalım namazın hastalığın kalıyor mu o zaman???

bak oda hasta üstelik kaç yaşına gelmiş...(HİÇ UNUTMAM DEDEM ÖLÜM DÖŞEGİNDE DAHİ KILIYORDU)






ama ayakta duramıyosun değil mi?
oturarak kıl, oturamıyosunda(yatalaksın)
kafanla kıl o zaman, yoksa tamamen felç mi geçirdin (şimdi yıttın galiba) zannetme ki yırttın o zaman da gözlerin kıl bak bu kadar kolaylık var, eminim başka bahanelerinde vardır...değil mi?

yaaa boş ver hem sen niye namaz kılacaksın önemli olan kalp değil mi? senin kalbin temiz kılsan ne olacak ki?

O 'Güzeller Güzeli'(s.a.v)nin kalbi kapkara mıydı, pislik içinde miydi de, ayakalarının altı şişinceye kadar namaz kılardı?

eee gördün mü kalbin Efendimizin kalbinden de mi temiz acaba???

değil, değil mi?

bu da olmadı var mı başka bahanen kalmadı mı yoksa uyduracak bir şeyler?

tamam hepsini kılamıyorsun bari bir iki vakiti kıl olmaz mı?

oda mı yok?

bahanelerini dinleme(me)k isterim veya dur bunlarıda ben tahmin ediyim...

sabah namazına uyanamıyorsun, sabahın köründe kim kalkacak ki uykunu mahvedeceksin değil mi?


ya böyle bir ilan görsen ne yapardın acaba?





ama gitmezdin değil mi değmez onun için felan uykunu bozmana, sen mi gitmeyeceksin yalan bari söyleme ilk sen olmak için geceyi orda geçirirdin...

olmadı, gelelim öğleye, off öğle vakti o kadar telaşede namaza vakit mi ayırcaksınbir sürü işin gücün var yetişemiyorsun zaten, bir de namaz hiç olmaz bu kadar işin arasında namaz mı olur?



ama yemeğini yemeden öğleyi geçirmiyorsun belkide zevkini çıkara çıkara 1 saatte yiyosun yemeği değil mi, yemek daha önemli değil mi???

ya ikindi ne olacak??

dur şimdi zaten yoruldun bütün gün işler hala bitmedi bu yorgunlukla namazını felan kılamazsın, ama dedim ya az önce bir daha diyeyim ne demiş Peygamberimiz'hasta mısın, yorgun musun, çaresiz misin,... o zaman namaz kılda geçsin bunların hepsi...

ya akşam namazı???

oooo sende yaaa daha eve gidilecek, yemek yenilecek, zaten akşam vaktide kısa yetişemiyorsun değil mi?

evine 10 dakika sonra girsen ne olacak kaçmıyor ya ev, ama vakit gidiyor bir daha bulabilecekmisin o vakti???

yatsı namazını hiç sormuyum değil mi?


o saatte namaz mı kılınır insanın uykusu geliyor uykulu uykulu namaz kılınmaz ki...

ama nedense başka zamanlar uykun gelmiyor, mesela bunlara bakarken hiç uykun gelmiyor değil mi?







eee bunlarda olmadı vakitlerin birinden bile sıyıramadın yakayı,var mı başka bahanen benim aklıma bu kadarı geliyor, seninde aklına gelmiyor değil mi? kalmadı çünkü başka bahane... aslında var ben sana söyleyim mi üstelik bu sefer kesin kurtulursun namaz kılmaktan(zaten kılmıyosunda) üstelik bir tane değil, ne mi dur söyleyim:

1 : ÖLÜ İSEN

2: DELİ İSEN

3: ÇOCUK İSEN

4: HAYVAN İSEN

5: İNKARCI(KAFİR) İSEN

ne dersin sıyırdın bu sefer ha?

ama yok, nasıl olur sen ölü veya deli değilsin, üstelik kocaman adamsın ve insansın, Allah  korusun kafirde değilsin eee demek ki neymiş namazdan kurtulamazsın................


sana sesleniyorum ey insan boşver sen nefsini o zaten hiç namaz kılmak istemez ki sen dinleme onu bak yukarda birden sıraladı bahaneleri sonuç ne peki? koskoca bir hiç. yani gel namazını kıl uyma sen ona yoksa sende mi uyduracaksın bahane ama kalmadı ki bahane, niye mi namaz kılacaksın? dur onuda söyleyim:

sen müslümansın degil mi?(elhamdülillah) eee kanıtın ne nasıl ispatlarsın bana müslüman oldugunu, tabi ki namaz kılarak islam demek namaz demektir namaz dinin direğidir onun için...


bir de gözünü çevirde bak etrafına




bu güzellikleri Yaratan övülmez mi, ona sana verdiği binlerce nimet için şükredilmez mi, tabi ki şükredilir bu da en güzel şekli olan namazla olur, hem sen namaz kılmakla Allah 'ı yüceltemezsin O zaten Yüceler Yücesi , sen ancak Rabbimin katında kendini yüceltirsin...

tamam sen boşver hepsini sen bunlara da mı acımıyorsun



Yüce Allah  buyurmuyor mu:

'namazdan sonra edilen dua reddolunmaz' diye, haydi onlar için başka bir yapmıyorsun(yapamıyorsun) madem en azından dua et...



hem bak doğada herşey ona secde ediyor sen daha ne duruyorsun


(mihraba vuran ışık namaz kılan insan figürünü andırıyor!)




şimdi gel ne dersin artık başlayalım mı namaza?
haydi Hz.Mevlana'ca namaz kılmaya var mısın??


onun gibi secde ede ede seccadeyi lime lime etmeye var mısın?

veysel karani gibi geceleri gündüzleri namazla geçirmeye var mısın?
öyle güzel bir namaz kılarmış ki mübarek bir geceyi sadece kıyamda, bir gece sadece ruküda, bir gece sadece secdede geçirirmiş...
Hz. Ali gibi, savaşta yediği okun acısından çıkaramıyorlar, ancak Hz. Ali namaza durunca çıkarıyorlar hem de kılı bile kıpırdamıyor, soranlara da 'biz namaz kılarken can kuşumuzu salıveririz' demiş, var mısın böyle namaz kılmaya?,

Hz.Rabia gibi, gözlerinde yaş kalmayıncaya kadar namaz da ağlamaya var mısın?

ve O GÜZELLER GÜZELİ Peygamberimiz, namazı en güzel kılan O kimse onun gibi Kılamazdı, varmısın onun ümmeti olarak namaz kılmaya?

biliyorum sen onlar gibi namaz kılamazsın, onlar gibi olsan zaten bahane uydurmaz, namaz kılmak için kendine yollar arardın bu zamanda...nasıl mı namaz kılacaksın?

öyle bir namaz kılacaksın ki ezanı okuyan Bilal-i Habeşi olacak, namaz kıldığın yer Mescid-i Haram(KABE) olacak ve imamın Hz. Muhammet Mustafa olacak ve Hz. ebubekir, Hz. Ömer, Hz.Osman, Hz.Ali ve sahabeyle birlikte namaza duracaksın....

öyle bir namaz kılacaksın ki, sırat köprüsünün üzerinde olacaksın aşağısı cehennem ve karşında YÜCELER YüCESİ Allah  TEALA ve meleklerle saf tutarak...

öyle bir namaz kılacaksın ki Mevlana'ca:



Namaza tekbirle girmek,'İlahi,biz Senin huzurunda kurban olduk !' demektir. Tekbir getirerek kurban kesildi ğibi, tekbirle namaza başlamak da, 'Allah 'ım canımız Sana feda olsun!' anlamındadır.

Namazda kıyama durmak, Allah 'ın huzurunda kıyametteki muhasebeyi hatırlatır. Kul, biraz sonraki hakkıyla yerine getiremediği kullundan ve işledği günahlardan dolayı, utancından ayakta durmaya dermanı kalmaz, rükuya eğilir.

Başı rükuda iken'Hakk'ın suallerine cevap ver' diye İlahi ferman gelir. Kul, rükudan başını mahcup olarak kaldırır. Ayakta duramaz, yüzüstü secdeye kapanır.

Tekrar ona,'Secdeden başını kaldır! Yapmış olduklarından haber ver' diye ferman gelir. O, yine mahcup bir halde başını kaldırsa da, tekrar yüz üstü kapanır.



Aslında sen namazı Kabe de kılıyorsun biliyor musun? evet sen o safın içindesin aslında, ilk saf Kabe'nin etrafını çeviren ilk halkadır ve sende gittikçe büyüyen bu halkanın içindesin bu safın içindesin sen namazı orda kılıyorsun sadece biraz arka saflardasın o kadar, inşAllah  ön saflarda da kılmak nasip olur...

var mısın böyle namaz kılmaya?

hadi ey kalbim durma artık tövbe et ve Yaradanına en güzel hamdını sun, temizle kalbini pislikten, dünyalıktan ve kula yakışır bir şeklide MEVLA'ya yaklaş...


hadi be ruhum hadi be kalbim uymayın siz o nefsime o hep konuşur ve sizi kötüye götürür, siz ondan güçlüsünüz, siz ona hükmedersiniz hadi kırın onun gücünü

biliyorum yapacaksın sen bunu hadi o zaman bak Bilal-i Habeşi ezanı okumaya başladı
haydi şimdi namaz zamanı, haydi şimdi kurtuluş zamanı...


KURTAR KENDİNİ...

Bookmark and Share
Şərhlər(0) Baxış sayı: 232 Aprel 16, 2008 10:39

Bunları unutmayın!!!

Farida Mart 7, 2008 14:42
Bir düşünün. Həyatınız boyu unutmamanız lazım olan nə qədər çox şey var. Bu yazıda sizin həyatınızın ən vacib mövzuları unutmamağınız üçün hazırlanmışdır. İnsan unutqandır. İnsan Allahın hər an onun yanında olub onu izləməsini, dinləməsini, Allaha etdiyi hər bir şeyə görə cavab verəcəyini, ölümü, məzarı, cənnət və cəhənnəmin varlığını, qarşılaşdığı hər şeydə ona bir xeyir olduğunu unudur. Allah bizi aşağıda sayacağımız mövzuları unutmayanlardan eləsin. Amin!
DÜNYANIN KEÇİCİ BİR İMTAHAN YERİ OLDUĞUNU UNUDMAYIN.
Allah Təala Ənkəbut 64-də buyurur: Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət yurdu isə şübhəsiz ki, əbədi həyatdır. Kaş ki, bilsəydilər. (Əgər bilsəydilər axirəti dünyaya dəyişməzdilər.)
Dünya üzərində hər şeyin bir səbəblə yaradıldığını unudmayın. Allah Təala Mülk 2-də buyurur: Hansınız əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir. Çox bağışlayandır.
Yuxarıdakı ayədən göründüyü kimi Allah insanı imtahan üçün yaradmış və onu müvəqqəti olaraq dünyada yerləşdirmişdir. Bu həyatda O qarşımıza çıxan hadisələrlə bizi yoxlayır. İnkarçıları ortaya çıxarır. Yəni bu dünya Allahın sevgisini qazanmaq üçün bir sınanma, imtahan yeridir. Buna görə insan dünyada etdiyi hərəkətlərə uyğun axirətdə öz yerini tutacaqdır. İndi yaşadığımız hər saniyə bizi ya cənnətə ya da cəhənnəmə yaxınlaşdırmaqdadır. Belədirsə onda siz bu an imtahanda olduğunuzu, bu imtahanın nəticəsinin sizin əbədi sonunuzu müəyyən edəcəyini və bu nəticənin çox yaxın olduğunu unudmayın. Bunu Allah Quranda Həşr surəsinin 18-cu ayəsində gözəl açıqlayır: Ey iman gətirənlər. Allahdan qorxun. Hər kəs sabah nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır.
Allah insanı dünyanın keçici ləzzətindən çəkindirir. Onların heç birinin axirətdə ona kömək olmayacağını deyir. Çünki insan öləndə bütün var dövlətini bu dünyada qoyub gedir. Onun torpağa qoyulan bədəni çürüyəcək, dünyada həsədlə, rüşvətlə qazandığı pulu isə yerlə bir olacaq və qiyamətdə ona fayda verməyəcək. Ancaq özü təkbətək bütün insanlar kimi Allahın hüzuruna gələcək. Amma buna baxmayaraq insanların başları gündəlik işlərinə qarışır və ölümü, axirəti, qiyaməti unudurlar. Bütün həyatlarının bu dünyada olduğunu zənn edirlər. Allah Təala Casiyə 24-də buyurur: (Qiyaməti inkar edənlər) belə deyilər: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur, ölürük və dirilirik (biri ölür, dügəri anadan olur, biz ölürük, övladlarımız, nəslimiz isə yaşayır) bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidit, yaşa dolub qocalmağımızıdır) Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. (hər şeyi zamanın, vaxtın boynuna yıxmaq doğru deyil, çünki bütün canlı və cansız məxluqat kimi zamanın özünü də yaradan Allahdır) ”
Ancaq insanların gözardı etdiyi çox mühüm bir gerçək var. 30 yaşında bir insan düşünək. Ondan bu 30 ilin necə gəlib keçdiyin soruşanda çox tez deyə cavab verəcək. Və bu 30 ildə nələr etmisən sualına isə cavabı ən çoxu 3-4 saata izah edəcək. Bu insanın qabağında 30 il (Doğrusunu Allah bilir. Amma təxminən götürsək) durur. Bu illər də belə keçəcək. Həqiqətən dünyada yaşanan ömür çox qısadır. Allah Təala bunu Rum surəsinin 55-ci ayesində çox gözəl buyurmuşdur: Qiyamət qopacağı gün günahkarlar (qəbirlərində və ya dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar (axirətdə belə yalan danışdıqları kimi, dünyada da batilə uyub haqdan) belə üz döndərdilər. (yoldan çıxardıldılar)
Allah Təala dünyada gözəlliklərlə bərabər bir çox çirkinliklər də yaradmışdır və dünyanın keçici olduğunu bir daha göstərmişdir. Fikir veriniz. Sevdikləriniz bir-bir ölməkdə, ətrafınızdakı ən gözəl insanlar yaşlanmaqda, xəstəliklərin biri keçib o birisi başlamaqda və sairə hadisələr davam etməkdədir. İnsan gözəlliyin, xoş anların heç vaxt ötüb keçməsini istəməz. Ancaq dünyada bu imkansıdır. Bəs insanlar nə etsinlər? Cənnət ! İnsanların bütün arzularının çin olacağı bir yerdir.

Sizlər əgər həqiqətən sonsuz nemətlər istəyirsənizsə onda dünyanın ardınca düşməməli, əksinə axirət üçün hazırlıq etməli olduğunuzu unudmayın.
Ancaq bəzi cahil insanlar bütün planlarının bu dünyada həyata keçəcəyinə inanırlar. Bütün gözəllik və zövqlərə dünyada çatmaq istəyirlər. Ancaq dünya nemətləri əksikdir. Cahil adamlar bilirlər ki, ölüm onların bu dünyadakı zövqlərinə son qoyacaq. Ona görə bu dünyada maksimum zövq almaq istəyirlər. Ancaq bütün bunlar əbəsdir. Bitib tükənməyən nemətlər Allaha imanla qulluq edən əsl möminlərin yurdu olan Cənnətdədir. İnkarçıların isə görəcəyi nemətlər ancaq dünyadadır. Allah Təala Əhkəf surəsinin 20-ci ayəsində belə buyurur. Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün (onlara məzəmmətlə belə deyiləcəkdir): “Siz dünya həyatında bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı) Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız. ”
Bir tələbə universitetdə oxuyanda ümid edir ki, universiteti müvəffəqiyyətlə bitirəcək. Ancaq bunu heç yaddan çıxarmamalıdır ki, o həmin günü görməyib ölə bilər. Ona görə nə qədər ölüm insanı haqlamayıb, o tez tövbə etməli, Allahdan bağışlanılmasını diləməlidir. Allah Təala Tövbə 126-da buyurur: Münafiqlər ildə bir-iki bəlaya düçar olduqlarını görmürlərmi? Bununla belə yenə tövbə edib ibrət almırlar.
Yenə də Ənfal 67-də buyurur: (Ey möminlər) siz puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət və hikmət sahibidir.
Yeganə Möminlərdir ki, həm dünya nemətlərinə, həm də axirət nemətlərinə qovuşacaqlar. Allah Təala Yunus 64-də buyurur: Onlara dünyada da, axirətdə də müjdə var. Allahın sözləri (verdiyi vəədlər) heç vaxt dəyişməz. Bu ən böyük qurtuluş və uğurdur.


HƏR AN ÖLƏ BİLƏCƏYİNİZİ UNUDMAYIN.
Allah Təala Cuma 8-də buyurur: (Ey peyğəmbər) de ki: “(qorxub) qaçdığınız ölüm mütləq sizi haqlayacaq. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir”
Bir ətrafınıza baxın. Bütün insanlar, qohumlarınız, valideyinləriniz, dostlarınız hər bir insan daha əvvəl yaşamış milyonlarla insanlar kimi öləcəklər. Allah bu gerçəyi Ənbiya 35 də belə göstərir: "Hər kəs (hər bir canlı) ölümü dadacaqdır. (dözüb dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə (sağlamlıq, var dövlət, cah-cəlal və xəstəlik, yoxsulluq, ehtiyacla) sınağa çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız " ayətiylə göstərir. UNUDMAYIN. Nə gənc, nə yaşlı, nə gözəl, nə çirkin, nə zəngin, nə kasıb heç kim öz yaxasını ölümdən qurtara bilməyib. Bütün bunları bilən insanların əksəriyyəti ölümü unudmağa çalışırlar. Allah Təala Qaf 19-da buyurur: Ölüm (ölüm bihuşluğu) həqiqətən gəlir. (Ey insan) bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir.
Siz bu sətirləri oxuyarkən ölümün necə yaxın olduğunu düşünürsünüz. Kim bilir bəlkə əlinizdəki bu kitabı oxuyub qurtarmadan ölüm sizi haqlayacaq. O halda nə badə ölümün sizə də, başqa insanlara da çox yaxın olduğunu unudmayın. Allah insana heç gözdəmədiyi zamanda ölüm mələyini göndərir. Olduğunuz otaqda anidən ölüm mələyini qarşınızda görə bilərsiniz.
Öldükdən sonra bədəninizin nə hala düşdüyünü heç bilirsinizmi?
Unudmayın ki ölüm əsla yox olma deyil. Əsl həyat ölümdən sonradır. Hər bir insan unudmamalıdır ki, ondan əvvəl yaşayan insanlardan sabahkı gününü planlayıb sabaha sağ çıxmayanlar olub. Ona görə siz heç bir xeyir iş görə biləməyəcəyiniz gün olan ölüm gününə çatmamış bacardığınız qədər xeyir iş görməli olduğunuzu unudmayın. Allah Təala Münafiqun 10-11-də belə buyurur: Birinizin ölümü çatıb :”Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!” deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır.

Tək ilahın Allah olduğunu unutmayın
Bir məntiqli ifadə var. Əgər insan qumdan düzəldilən bir qala görsə mütləq o qalanı quran birinin varlığını fikirləşəcək. Çünki, əsrlərlə də olsa nə dəniz dalğaları, nə də küləklər vasitəsilə öz-özünə qumdan uca bir qala yarana bilməz. Dünyaya baxsaq hər şeyin nizamla düzülüşünü görürük. İnsan, heyvan, təbiət, ağaclar, çaylar, hava qatı, mikroblar, yerin cazibə qanunu, yerin günəşdən uzaqlığı, atmosferdəki oksigenin miqdarı və daha milyonlarca həssas nizam. İnsanın nəfəs almağı üçün ağız, burun, nəfəs borusu, ağciyərlər, ürək, damarlar hamısı birlikdə dövrədədirlər. Heç biri bir saniyə də olsun gecikməz. Bütün bu orqanlar onları Yaradan Allahın əmrlərinə boyun əyib, insanı həyatda yaşaması üçün öz vəzifələrini nizamla, dəqiq yerinə yetirirlər. Buna görə Allah Təala Mülk surəsinin 23-cü ayəsində belə buyurur: "De ki: Sizi inşa edən, sizə qulaq, gözlər və qəlblər verən Odur. (Allahdır) Nə qədər az şükr edirsiniz."

Allahın sizə nə qədər yaxın olduğunu unutmayın
Sizin bu an ağlınızdan keçənlər, uşaqlığınızda başınıza gələn hər hansı bir hadisə, bir neçə il sonra görəcəyiniz işlər də daxil olaraq hər şeyi Allah bilir. Necə ki, Allah-Təala Zariyat Surəsinin 15-16 -cı ayələrində deyir. Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çeşmələr başında öz Rəbblərinin onlara bəxş etdiyi mükafatları alacaqlar. Çünki onlar bundan əvvəl (dünyada ) xeyir əməllər tutan olublar. Allah insanın ağlından keçən, kimsənin bilməsi mümkün olmayan bütün fikirlərdən xəbərdardır. Necə Allah Təala Yunus 61-də buyurur : Sən hansı bir vəziyyəttə olsan, Qurandan nəyi oxusan və siz hansı işi görsəniz,başınız bunlara qarışan zaman (bilin ki) Biz sizə şahidik. Nə yerdə, nə göydə zərrə ağırlığında belə bir şey Rəbbinin nəzərindən qaçmaz. Bütün bunlara baxmayaraq insanlar Allahı çox uzaqda fikirləşirlər. Sanki Allah bu dünyanı yaradıb və onları başlı başına buraxıb. Bu çox səhf fikirdir. Yer üzündə hər varlıq Allaha möhtacdır. Allah isə heç bir şeyə möhtac deyildir. İnsanın saysız zəiflikləri var. Məsələn aclıq, susuzluq, yuxu, yorğunluq, xəstəlik və s. Allah-Təala isə bu sifətlərdən uzaqdır. Necə Allah Təala Bakara 255-də buyurur: Allah - Ondan başqa tanrı yoxdur. O, əbədiyaşardır və (yaratdıqlarının həmişə keşiyində) durandır. Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa, Onundur.

Hər hadisənin Allahın nəzarəti ilə baş verdiyini unutmayın.
Allah elə bir güc sahibidir ki, Ənam 59-da bildirildiyi kimi Onun icazəsi olmadan bir yarpağ belə ağacdan yerə düşməz. Kiçik bir uşaqdan alimə qədər insanın bildiklərini öyrədən, görə bildiklərimizi, görə bilmədiklərimizi də bilən Allahdır. Və unutmayın ki, ən kiçik şey belə Allahın nəzərindən qaçmır.

Sizə hər şeyi verənin Allah olduğunu unutmayın.
Hələ də 21-ci əsr alimlərini aciz qoyan insan bədənini əksiksiz yaradıb, bütün organları orada böyük qanunlarla yerləşdirən və sonra da onu insanların ixtiyarına verən, göydən endirdiyi su ilə yerdən müxtəlif meyvələr çıxardan, sayları 100 milyardları aşan qallaktikaları dəqiqliklə hərəkət etdirən, gündüzü çalışmaq, gecəni istirahət üçün yaradan Odur.İnsana verdiyi nemətləri Allah Təala Nəhl Surəsinin 4-cü ayəsindən 18-ci ayəsinə qədər sayır. İnsanın saymağa ömrü yetməyən nemətlərin hər biri Allahın istəyi ilə var olmuşdur. Necə Allah Təala Loğman 27-də buyurur: Yer üzərindəki bütün ağaclar qələm olsa və dəryaya özündən başqa yeddi dərya qatılsa belə Allahın kəlamları tükənməz. Həqiqətən Allah qüdrət, hökm və hikmət sahibidir

Sahib olduğunuz malın hamısını sizə verən Allah olduğunu unutmayın
Allah Təala Maidə 120-də buyurur: Göylərin, yerin və onlarda olanların hökmü Allaha məxsusdur. O,hər şeyə qadirdir.
Siz Allahın təyin elədiyi vaxt gəlincə sahib olduğunuz hər şeyi bu dünyada buraxıb çilpaq bədəninizlə bir neçə metr kəfənə bükülüb bir çuxura atılacaqsınız. Ruhunuz isə ancaq gördüyünüz əməllərlə Allahın hüzuruna gedəcək.

Allahın sizin üçün dilədiklərindən başqa başınıza heç bir şeyin gələməyəcəyini unutmayın
Səhər yuxusundan oyananda heç kim bu gün onun başına nə gələcəyini bilmir. İnsan nə qədər də özü özlüyündə planlar qursa da o özünün istədiyi kimi hərəkət etmir. Allah Təala Tövbə 51-də buyurur: De:Bizə Allahın bizim üçün yazdığından başqa heç nə üz verməz. O, bizim himayəçimizdir. Qoy möminlər Allaha təvəkkül etsinlər.
Hər hansı bir işdə müvəffəqiyyətli olmaq istəyiriksə, bu işlə çalışdığımızda bizə Allah kömək edir.

Unudmayın ki, sizi bütün sıxıntılardan, bəlalardan, xəstəliklərdən qoruyan yalnız Allahdır.
Siz xəstələnərkən dərman içəndə sizə ən birinci dərmanın çox böyük kömək etdiyinizi düşünürsünüz. Ancaq bu işdə sizə Allah kömək etməsə ən bahalı dərman, ən bacarıqlı həkim belə sizə kömək edə bilməz. Əlbəttə xəstəliyi verən də Odur, sağaldan da Odur. Şura 80. Xəstələnsəm, məni sağaldır.

Yalnız Allahdan qorxmanızı unudmayın
Bir insandan Allahdan qorxaraq kimi qorxmaq şirkdir. Və ya bir insanı Allahı sevən kimi sevmək şirkdir. Allah Təala Bəqərə 165-də buyurur: İnsanlardan elələri vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutaraq onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlər isə ən çox Allahı sevirlər. Əgər öz-özlərinə zülm edənlər məruz qalacaqları əzabdan xəbərdar olsaydılar, onda qüdrətin bütünlüyü ilə Allaha məxsus olduğunu və Allahın verdiyi əzabın şiddətli olduğunu bilərdilər.
Bəzi insanlar həyatları boyu insanları razı etmək üçün yaşayır, onu yaradan Allahı razı etmək haqqında heç düşünmürlər. Allahı unudub insanları razı etmək üçün xərclədiyi hər saniyə qiyamətdə ona əzab kimi döndürüləcək.
Necə Allah TəalaYunus 44-də buyurur: Həqiqətən Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.

Unudmayın ki, Allah qorxusu dinin təməlidir.
Allah Təala Ənfal 29-da buyurur: Ey insanlar! Əgər Allahdan qorxsanız O sizə haqqla nahaqqı ayırd edən (bir nur) verər. Günahlarınızın üstünü örtüb sizi bağışlar. Allah böyük lütf, mərhəmət sahibidir.

Onda nə badə Allahdan başqa qüvvət olduğunu unudmayın
Allah ən böyük güc sahibidir. Göylərdə və yerlərdə nə varsa hamısı Allaha təslim olmuşdur və Allahın nəzarəti altındadır. Heç bir kimsə Allahın nəzarətindən xaric bir hərəkət edə bilməz, bir söz söyləməz.

Allahın çox bağışlayıcı olduğunu, tövbə imkanının daima sizin üçün var olduğunu unudmayın.
Siz hər hansı bir xəta etsəniz onu bir daha təkrarlamamaq şərtilə peşmanlıq çəkib Allaha yönəlsəniz, Ondan bağışlanmanızı diləsəniz O sizin tövbələrinizi qəbul edər. Allah Təala Zümər 53-də buyurur: (Ey Peyğəmbər) de ki: Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümüdsüz olmayın. Allah (tövbə etdiyinizdə) bütün günahları bağışlayar. Həqiqətən O, bağışlayan və rəhm edəndir.

Unudmayın ki, ölüm sizə gəlib çatanda etdiyiniz tövbə qəbul olunmaz.
Hamının tanıdığı Firon dənizdə boğulduğu an iman etmiş, Allaha yalvarmağa başlamışdı. Ancaq Allah onun tövbəsini qəbul etməmişdi. Allah Təala Nisa 17-də buyurur: Günah işlər görməkdə davam edərək ölüm yetişən anda "Mən indi tövbə etdim" deyənlərin və kafir olaraq ölənlərin tövbələri qəbl olunmaz. Biz onlar üçün şiddətli əzab hazırlamışıq.

Allahın sonsuz səbrini unudmayın
Əgər bir insan günah işlərsə o özünə zülm etmiş sayılır. Allah insanın özünə etdiyi zülmə görə ona tövbə üçün vaxt (əcələ qədər) verir. Əgər həmin adam günahının ardından tövbə edib bir daha həmin günahı təkrarlamazsa onda Allah onu bağışlar. Allah Təala Nəhl 61-də buyurur: Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzərində heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə onlar bircə saat belə nə yubanar, nə də tələsərlər.

Allaha qulluq etmənizdən başqa yolunuz olmadığını unudmayın
Allah Təala Zariyat 56-da buyurur: Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.

Nəticə olaraq RƏBBİNİZ OLAN ALLAHI UNUDMAYIN.
Allah Təala Enam 101-103-də buyurur: O göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir rəfiqəsi yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir. O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O hər şeyə vəkildir. Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir və hər şeydən xəbərdardır.

Tək yol göstəricinin Quran olduğunu unudmayın
Allah Təala İbrahim 1-də buyurur: Əlif, Ləm, Ra. Bu Quran elə bir kitabdır ki, onu sənə insanları öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfürdən imana), həm də yenilməz qüvvət sahibi və hər cür tə’rifə, şükrə layiq olan Allahın yoluna (İslam dininə) çıxartmaq üçün nazil etmişik.
Quran insanların Allahı tanımaları, Onun bir tək ilah olduğunu bilmələri, Ona necə qulluq edəcəklərini öyrənmələri və ağıl sahiblərinin yaxşıca ibrət alıb düşünmələri üçün Allah qatından göndərilmiş bir kitabdır. Tək yol göstəricimiz olan Quran bizə ehtiyacımız olan hər şeyi açıqlayır, Allahın razı olacağı yolu göstərir və Ona qulluq etmənin gözəl sonunu müjdələməkdədir. Allah Təala Nəhl 89-da buyurur: Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal haramı, günahı və savabı) izah etmək üçün müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik.
Buna görə bütün davranışlarımızın, düşüncələrimizin, aldığımız qərarların, daha qısası desək yaşayışımızı Qurana uyğun qurmalıyıq. İnsanı qurtuluşa götürən yeganə yol Quranla yaşamaqdır. Bütün bunlara görə biz Quranı oxuyub öyrənməliyik. Allah Təala İbrahim 52-də buyurur: Bu Quran insanlar üçün elə bir kitabdır ki, onunla həm qorxsunlar, həm Allahın bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar. Allah Təala Sad 29-da buyurur: (Ey Peyğəmbər. Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir bərəkətli) bir kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar.
Axirətə inananlar üçün doğru yol göstəricisi olan Quranı inkarçılar oxuduqda heç bir şey başa düşməyərək lal, kar kimi davranırlar. Allah Təala İsra 45-46-da buyurur: (Ey Peyğəmbər) Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkirik. (Onlar səni görməz və sənə heç bir xətər yetirə bilməzlər) Quranı anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq (kar etdik). Sən Quranda Rəbbinin bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər.
Bəzi insanlar 60-70 il yaşayacaqlarını düşünüb Quranı yaşdaşanda oxuyacaqlarını zənn edirlər. Gənclik illərində dinə uyğun yaşamanın, onlara bəzi şeylərin məhrum olacağını düşünüb ondan uzaq dururlar. Halbuki Allah tərəfindən qadağan olunan şeylərin hamısı onların ziyanınadır. Ancaq bununla onlar özlərinə çox pis bir son hazırlayırlar.

Sizi Yoldan çıxardmaq üçün var gücüylə çapalayıb çalışan şeytanın varlığını unutmayın.
Allah Təala Yasin 60-62-də buyurur: Ey Adəm övladı. Məgər Mən (dünyada) sizə: "Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir" deyə buyurmadımmı? Həqiqətən şeytan içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?
Sizi Allahdan, Dindən və Qurandan uzaq tutmağı özünə hədəf seçən bir düşməniniz olduğunu yaddan çıxartmayın. Çünki o sizi bir an da olsun unutmur, pusquda gözləyir. Şeytan Allaha baş qaldıraraq qullarını yoldan çıxaracağına söz vermişdir. Allah Təala Əraf 11-18-də buyurur: Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin" dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. Allah İblisə: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu " deyə buyurdu. İblis: "Mən ondan daha yaxşıyam (üstünəm) , Sən məni oddan, onu isə palçıqdan yaratdın." dedi. Allah buyurdu: "Oradan (cənnətdən) aşağı en. Orada (Cənnətdə) sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz. Oradan çıx, çünki sən alçağın birisən." İblis dedi: "Mənə qiyamətə qədər möhlət ver." Allah buyurdu: "Sən möhlət verilənlərdənsən" İblis dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam. Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini sükr edən görməyəcəksən " Allah buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan hər kim sənə uysa, (cəzasını alacaq) . Əlbəttə Cəhənnəmi sizin hamınızla dolduracağam "
Yuxarıdakı ayələrdən aydın olduğu kimi şeytan insanın açıq düçmənidir. Qovulmuş Şeytan sizi cəhənnəmə soxana qədər rahat etməyəcək.

Bu halda ona qarşı hər an oyaq olmanız , onun heç bir çağrısına qulaq verməmənizi unutmayın
Allah Təala Sad 85-də buyurur: Mən mütləq cəhənnəmi səninlə və sənin ardınca gedənlərlə dolduracağam.

Siz şeytanın möminlərə gücü çatmadığını bilin.
Ayələrdən məlum olur ki, şeytanın gücü yalnız səmimiyyətlə iman etməmiş kimsələrə çatır. Allah Təala Hicr 39-40-da buyurur: İblis dedi: "Ey Rəbbim. Məni rəhmətindən kənar etməyinə and içirəm ki, mən də insanlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam. Yalnız Sənin sadiq bəndələrindən başqa "
Əlbəttə möminlər də xəta edirlər. Amma onlar Allahın rəhmətindən heç vaxt ümüdlərini kəsməzlər. Allah tez tövbə edib günahlarının bağışlanmasını istərlər. Allah Təala Nəhl 99-100-də buyurur: Həqiqətən iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir. Unutmayın ki, şeytan özü kimi sizi də hörmətsiz, itaətsiz, kibirli, əxlaqsız olmanızı, Allahın xoşuna gəlməyən hər cür hərəkətləri etmənizi istər. Allaha qarşı zənn etmənizi istər. Allah Təala Qurani Kərimdə bütün bunların qarşısını alır. Allah Təala Bəqərə 168-169-da buyurur: Ey insanlar. Yer üzərindəki şeylərin təmiz və halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin. Həqiqətən şeytan sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar işləri görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edər.
Allah Təala Bəqərə 268-də buyurur: Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər. Allah isə əksinə sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allahın mərhəməti genişdir. Allah hər şeyi biləndir.
Ən maraqlısı ondadır ki, şeytan insana onun törətdiyi pis, əxlaqsız əməlləri gözəl, bər-bəzəkli göstərir. Allah Təala Ənam 43-də buyurur: Barı əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin etdikləri əməlləri şeytan onlara bər-bəzəkli göstərmişdi.
Və beləcə davam edərək həmin insanlar Allahın ayələrindən uzaqlaşarlar. Allah Təala Əraf 175-də buyurur: (Ya Məhəmməd) Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz şəxsin xəbərini də söylə. O (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu.

Şeytanın fərqli insanlar üçün fərqli taktikalar seçdiyini və sizin də zəif yerinizdən vurduğunu unutmayın.
Şeytan adətən insanın beynində uzun vədəli planlar qurur və onun başını bu planlarla məşğul edir və onu Allahı yada salmasından bu cür çəkindirir. O sizi Allahı unuddurmağa çalışır. Allah Təala Mücadələ 19-da buyurur: Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsidirlər. Xəbəriniz olsun ki, Şeytanın firqəsi - məhz onlar, ziyana uğrayanlardır.

İnsanlar arasına kin və düşmənçilik soxan ancaq və ancaq şeytandır.
Allah Təala Məryəm 83-də buyurur: (Ey Məhəmməd) Məgər kafirlərin üstünə onları yoldan çıxardıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?
Şeytanın varlığını unudan bir insan öz başındakı fikirlərin onun öz fikirləri olduğunu düşünür, amma əksinə bunlar hamısı şeytanın vəsvəsələridir. Allah Təala Əraf 200-201-də buyurur: Əgər sənə şeytandan bir vəsvəsə gəlsə Allaha sığın. Şübhəsiz Allah eşidən və biləndir.
Şeytanın ən böyük vəzifəsi unuddurmadır. Şeytan insana ona lazım olan şeyləri unuddurur. Nəticə olaraq şeytan da Allahın yaratdığıdır. Və o ancaq inkarçıları azdıra bilər.

Şeytan bu dünyada cahillərə özünü necə yaxın dost göstərsə də qiyamətdə onları tək-tənha buraxacağını unudmayın.
Allah Təala İbrahim 22-də buyurur: İş bitdikdə (cənnətliklər Cənnətə, Cəhənnəmliklər də Cəhənnəmə daxil olandan sonra) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək. “Allah (peyğəmbərlər vasitəsilə) sizə (sizə pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdir, mən də sizə vədettim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim süzün üzərinizdə heç bir hakimiyyətim (sizi özümə tabə edə biləcək bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işləməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni Allaha şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim).” Həqiqətən zalimləri şiddətli əzab gözləyir.
Nəbadə unudasınız ki, dünyada şeytanın vəsvəsələrinə uyan, onun yolu ilə gedənin yeri axirətdə cəhənnəmdir. Allah Təala Məryəm 68-də buyurur: (Ey Məhəmməd). Rəbbinə and olsun ki, biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik. Başqa bir ayədə (Fatır 6) Allah Təala belə buyurur: Həqiqətən şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O, özünə uyanları cəhənnəm əhli olmağa çağırır.
Nəticədə sizin cəhənnəmə düşüb orada əbədi əzab çəkməyinizi istəyən, bu yazıları oxuyarkən belə sizi gözündən bir an da olsa kənara qoymayan bir düşməninizin olduğunu unudmayın və onun vəsvəsələrindən qorunmaq üçün Allaha sığının.

Qiyamətin və hesab gününün mütləq baş verəcəyini unudmayın.
Allah Təala Həc 7-də belə buyurur: Qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir.
Bu saniyə qolunuzdakı saata baxın. Keçən bir saniyə sizi Allaha daha da yaxınlaşdırır. Sizin üçün müəyyən olunmuş vaxt gələcək. Sizin heç gözləmədiyiniz anda mələklər sizin canınızı alacaq. Bir anda dünyaya aid bütün işləriniz öz mənalarını itirəcək. Elə isə nə qədər ki, fürsətiniz var, dünyaya aid hər nə varsa yox olacağı, bu günə qədər bütün insanların olduğu yerdən qaldırılıb Rəbblərinə hesab vermək üçün biraraya toplanacaqları qiyamət gününü unudmayın. Allah Təala Ənbiya 1-də belə buyurur: İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərdilər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allah dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)

Siz o böyük sorğu-sual gününün gələcəyini və sizin də Allahın hüzurunda sorğuya çəkiləcəyinizi unudmayın.

İnsan hər dəfə bir əməl görəndə və onun üzərindən bir müddət keçəndə o əməl onun yadında qalmır. Amma insanların bütün əmmələri Allah qatında yazılıb. Allah Təala Qəmər 52-53-də belə buyurur: Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir. Hər bir kiçik və böyük günah (lövhi məhvuzda) yazılmışdır.
Kimsə 10 il bundan əvvəl Allahın xoşuna gəlməyən bir söz deyib. O da onun yadından çıxıb və elə zənn edir ki, Allahın da yadından çıxıb. Amma bu heç də onun fikirləşdiyi kimi deyil. İnsan unudur. Amma Allah unudmaz. Allah Təala Ali-İmran 29-30-da buyurur: (Ey Məhəmməd) de ki: “Ürəklərinizdəkini gizlətsəniz də, aşkara çıxartsanız da, Allah onu bilir, çünki O, göylərdə və yerdə olanların hamısını biləndir. Allah hər şeyə qadirdir. O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki O, öz bəndələrinə mərhəmətlidir. ”
Daha sonra Allah Təala Mücadələ 6-da buyurur: Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onların əməllərini (bir-bir) sayıb yazmış, onlar isə etdiklərini unutmuşlar. Allah hər bir şeyə şahiddir.
Sad surəsinin 26-cı ayəsində: (Ya Davud) Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələ istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şüphəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.
Allah Təala Quranda çox yerlədə Qiyamət gününün necə ağır bir gün olduğunu göstərir.
Məsələn Müdəssir 9-10: O gün (qiyamət günü) çox ağır bir gün olacaqdır. O gün, kafirlər üçün asan olmayacaqdır.
Və Yasin 52- Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən (qəbr evindən) kim qaldırdı?” (Onlara belə deyiləcək) “Bu, Rəhmanın məxluqata buyurduğu vəddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş. ”
Və Məaric 11-15 Onlar bir-birinə göstəriləcəklər. (lakin bir-birini tanısalar da, özlərini tanımamazlığa vurub bir-birindən qaçacaqlar) O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını. Övrətini və qardaşını. (Çətin günlərdə ona sığınacaq verən əşirətini, qohum-əqrəbasını. Və yer üzündə olanların hamısını-təki özünü (Allahın əzabından) qurtarsın. Xeyr. (Bu mümkün deyil) Həqiqətən o cəhənnəm, alovlu atəşdir.
Və Hicr 2 Kafirlər (qiyamət günü) yəqin ki, müsəlman olmalarını istərdilər.

İnkarçıların əzab məkanı olan cəhənnəmə gedəcəklərini unudmayın.
Allah Təala Səcdə 13-də buyurur: Əgər biz istəsəydik hər kəsi doğru yola salardır, (imana müvəffəq edərdik), lakin mən "cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam" sözünü gerçək olaraq demişəm. (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb, doğru yolu özü taplmalı idi. Dində heç bir məcburiyyət yoxdur)
Cəhənnəm: Allahı inkar edib ömür sürən insanların əbədi əzab məkanıdır. Allahın atəş xalqı adlandırdığı insanlar cəhənnəmdə əbədiyyən qalacaqlar. Buna sübut olaraq Fəcr 25 göstərə bilərik: O gün Allahın etdiyi əzabı heç kəs edə bilməz. Və ya Müdəssir 27-29: (Ya Peyğəmbər) Sən bilirsənmi ki, Cəhənnəmin təbəqələrindən bir olan) Səqər nədir? O (heç kəsi sağ) qoymaz və yandırmamış buraxmaz. ( o cəhənnəm əhlinin bədənində ət qoymaz, sümük də saxlamaz) o insanı yandırıb yaxar.
Cəhənnəm xalqı (Allahın istəyi xaric) heç vaxt oradan çıxmayacaq, onların üzünə cəhənnəmin qapısı bağlanacaq və onlar cəhənnəmin alovları içində əbədiyyən qalacaqlar. Aşağıdakı ayələr də cəhənnəmin necə şiddətli əzab məkanı olmasının dəlilləridir. Həc 19 -Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (möminlər və kafirlər) bir-birinə düşməndir. Onu inkar eənlər üçün atəşdən paltar biçilmişdir, başlarına da qaynar su töküləcəkdir. İbrahim 49-50 - O gün (qiyamət günü) günahkarları qandallanmış (zəncirlə bir-birinə bağlanmış) görəcəksən. Köynəkləri qatrandan olacaq, üz gözlərini də atəş bürüyəcəkdir. Nisa 56 - Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri yanıb bişdikcə, əzabı həmişə dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə Allah yenilməz qüvvət və hikmət sahibidir. Furkan 12-13- O atəş onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər. Onların əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman (dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər.

Barmağınızın ucu yandığında hiss etdiyiniz ağrını yadınıza salın.

Alovlu əzabın çox şiddətli olduğu bir yer olan cəhənnəmə getmə ehtimalınızı artıran ən kiçik günahlardan belə qaçın.
Əhzab 66- Üzləri odda (o tərəf bu tərəfə) çevrildiyi (haldan hala düşdüyü) gün onlara : “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edərdik” deyəcəklər.
Muminun 104- Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar.
Fatır 37 - Onlar orada (cəhənnəmdə) fəryad edib deyəcəklər: “Pərvədigara! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, (dünyada) edirdik.” (Onlara belə deyəcəyik): ”Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı? Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını) Zalımların imdadına çatan olmaz.” Ancaq bunların hamısı ümüdsüz çırpınışlardır. Bütün bunların heç bir faydası olmayacaq. O halda qiyamət günü gəlmədən əvvəl Allaha itaət edin. Allah Təala Şura 47-də buyurur: (Ey insanlar) Allah tərəfindən geri qaytarılması əsla mümkün olmayan bir gün (qiyamət günü) gəlməmişdən əvvəl Rəbbinizin dəvətini qəbul edin. (Ona iman gətirin) O gün sizin üçün heç bir sığınacaq tapılmaz və (günahlarınızı) inkar etməyə də heç bir imkan olmaz. ayəsini əsla unudmayın. Bilin ki, ədalətli olan Allah bütün insanlara peyğəmbərlər göndərmiş. Və onların vasitəsilə bizə doğru yolu göstərmişdir. Onda siz o gün yalvarışların heç bir fayda verməyəcəyini və cəhənnəmdə bir il yox, yüz il yox, min il yox, milyon hətta milyard il yox əbədiyyən qalmanız ehtimalı olduğunu əsla unudmayın.

Cənnətə isə ancaq Allaha ürəkdən inanıb onun əmrlərini yerinə yetieən möminlərin girəcəyini unudmayın.
Allah Təala Kaf 31-35-də buyurur: Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir) :”Bu, vəd olunduğunuz Cənnətdir. O hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan; Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür. Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu, əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, o cümlədən Allahın cəmalına tamaşa etmək və s.) mövcuddur. ”
İnşikak 7-9- Kimin əməl dəftəri sağ əlinə verilmişsə Onunla yüngül haqq-hesab çəkiləcək və o, (Cənnətdəki) ailəsinin, yaxınlarının yanına sevinclə qayıdacaqdır.
Furkan 74-75- Və o kəslər ki, “Ey Rəbbimiz bizə zövcələrimzdən və uşaqlarımızdan (sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur (ver) və bizi müttəqilərə imam (rəhbər) et” deyirlər. Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr etdiklərinə görə cənnət guşəsi (cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar. Onlar orada əbədi qalacaqlar. O nə gözəl mənzil, nə yaxşı iqamətgahdır. (Ya Məhəmməd de ki:) “Əgər ibadətiniz olmasa, Rəbbiniz yanında nə qədir qiymətiniz olar?”
Mursəlat 43- (Onlara (Cənnətdəkilərə) belə dəyiləcək) : (Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin için.
Tur Surəsi 22- onları istədikləri meyvə və ətlə bol-bol təmin edəcəyik.
Cənnət haqqında məlumatınızın artmasını istəyirsinizsə Vakia Surəsi, 11-ci ayədən 40-cı ayəyə qədər oxuyun. Bunlar (Möminlər) (Allah dərgahına, Allah lütfünə və mərhəmətinə) yaxın olanlardır. Bunlar Nəim cənnətlərində olacaqlar.(Cənnətə daxil olanların) çoxu əvvəlkilərdən (keçmiş ümmətlərdən) və bir qismi də sonrakılardandır (Məhəmmədin ümmətindəndir. Əvvəlki Peyğəmbərlə və onlara iman gətirənlər sayca çoxluq təşkil etdikləri üçün öndə olanların böyük qismi onlardan ibarət olacaq. ) Onlar qızıl-gümüş, ləl-cəvahiratla bəzənmiş taxtlar üstündə qərar tutacaq.o taxtlara söykənib bir-biri ilə qarşı qarşıya əyləşəcəklər. Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar. Cənnət bulağından axan (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə. (Dünyadakı şərabdan fərqli olaraq) o şərabdan başları ağrımaz və keflənməzlər…(Bura qədər Vaqiə surəsinin 11-19-cu ayələridir. Mətn yer çox tutmasın deyə xahiş edirəm bu qalan ayələri Qurandan oxuyasınız)
Sad Surəsi 54- Bu əlbəttə bizim ruzimizdir. O bitməz, tükənməzdir.
Rad Surəsi, 35- Möminlərə vəd edilən Cənnətin vəsfi belədir: “(ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə cəhənnəmdir.”
Məhəmməd Surəsi, 15 Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir: Orada dadı dəyişməyən, qoxumayan sudan irmaqlar, tami çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər (çaylar) və təmiz baldan irmaqlra vardır. Orada onlara hər cür meyvə və Rəbbi tərəfindən (günahdan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?
Rahman Surəsi 48 O iki cənnətin ağacları qollu budaqlı, merli meyvəlidir.
Şura Surəsi 22 (Ya Peyğəmbər. Qiyamət günü) zalimləri (dünyada) qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən.. O (müsibət, Allahın sitəmi) mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağlarında olacaqlar. Rəbblərinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət!
Tövbə Surəsi 72: Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, ən böyük qurtuluş və uğurdur.

Allaha dua etməyi unudmayın.
Əraf 55-56- Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, Allah həddi aşanları (qışqıraraq dua edənləri) sevməz. Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Allaha həm qorxu, həm də istəklə (ümidlə) dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır.

Allahın bütün insanların Rəbbi olduğu kimi sizin də Rabbiniz olduğunu, həyatdakı ən böyük dostunuz və dayağınızın Allah olduğunu, hər şeyi ən əvvəl Allahdan diləməli olduğunuzu unudmayın.
Dua insanın onu yaradan Allah ilə əlaqə qurma yoludur. Allah ilə əlaqə qurma ehtiyacı isə hər insan üçün var. Bütün insanlar duaya möhtacdır. Möminlər üçün dua həyatının bir parçasıdır. Ancaq cahillər isə ancaq dara düşəndə dua edib yalvarırlar. Əlbəttə bu cür dua Allah tərəfindən qəbul olunmaya bilər. Çünki insan həm darda həm rahatlıqda Allahına dua etməlidir. Dua edən insan qarşısına çıxan hansısa böyük problemi Allaha həvalə etmiş sayılır. Bir problemin həllində özünə Allah kimi ən böyük qüdrət sahibini bilmək insanda böyük fərəh və güvən hissi yaradır.
Amma bir şeyi burada səhf anlamamaq lazımdır. İnsan bütün işləri Allaha həvalə edib özü boş oturub nəyisə gözləməməlidir. İnsan hər şeyin Allahın nəzarəti altında olduğunu bilməli və Allahın ona göstərdiyi yollarla hərəkət edməlidir. İnsan Allaha dua edərkən həm dillə həm də əməllə etməlidir. Əməllə dua insanın öz arzusuna çatması üçün əlindən gələni etməsidir. Məsələn bir insan xəstələnirsə o həkimə getməli, dərman qəbul etməlidir. Bu əməli duadır. Eyni zamanda da dili ilə Allahdan şəfaət istəməlidir. Bu da dillə olunan duadır.

Duanızda səmimi olmağı, ürəkdən Allah yönəlməyi unudmayın.
Çünki Allah insana şah damarından daha yaxındır. Hər şeyi eşidir, bilir. Dua da Allahla əlaqə qurmanın ən asan yoludur. Bəzi insanlar belə fikirləşirlər ki, Allah bəzilərinin dualarını eşidir, bəzilərininkini də eşidmir və ya eşidib ona cavab vermir. Bu son dərəcə yanlış bir fikirdir. İnsanın içində keçirtdiyi hər bir düşüncəni Allah bilir və ona cavab verir. Allah Təala Bəqərə 186-da buyurur: (Yə Məhəmməd) Bəndələrim Məni səndən soruşduqda soylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edirəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.
İnsanlar çox vaxt dua edərkən dualarına cavabı Allahdan o dəqiqə gözləyirlər. Əgər həmin vaxt onlara cavab gəlməsə onlar Allahın onların dualarını eşitmədiklərini düşünürlər. Allah Təala bunu Ənbiya 37-də göstərir. İnsan tələsən - hövsələsiz yaradılmışdır. (İnsan təbiəti etibarilə hövsələsizdir, tələsəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi.) Ayələrimi (Peyğəmbərin dediyi sözlərin düzgün olmasını, əzabımı tezliklə) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin! İnsan dua edir və onun cavabını o saat gözləyir. Amma insan bilməlidir ki, ona xeyirli olan hər şeyi Allah bilir. Allah Təala Bəqərə 216-da buyurur: (Allahın düşmənlərinə qarşı) vuruşmaq (cihad) xoşunuza gəlmədiyi halda sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz. Buna görə insan dua edərkən hər şeyi Allaha buraxmalı, səbr etməlidir. Bəlkə dua etdiyiniz və nəticəsini gözlədiyiniz bir şey sizə verilsə pis nəticələr olacaq, ona görə də bunu Allah sizə verməyəcək. Ona görə hər şeyə səbrlə yanaşmaq lazımdır. Bəlkə onun əvəzinə Allah Təala sizə daha xeyrli bir nemət verəcək. Allah Təala Bəqərə 45-də buyurur: (Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin. Bu, ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyildir.

Unudmayın ki, duada səbr etmək mömin insanın iradəsini gücləndirir.
Allahı tam dərk etməyən insanlar Allahın onların dualarına cavab verəcəyindən şübhə edirlər. Mömin dua etdiyi zaman bilir ki, Allah onu eşidəcək və ona cavab verəcək. Çünki hadisələr boşboşuna, təsadüfi yox, Allahın nizamı ilə cərəyan etməkdədir.

Siz Allahın köməyinə heç şübhə etmədən, qəbul olacağına kəsinliklə inanaraq dua etməyi unudmayın və hər nə olursa olsun Allaha güvənin.
Sizi yaradıb sizə gözəl şəkil verən Allahın sizin duanıza cavab verməsi heç çətin iş deyil. Onu da yaddan çıxarmayın ki, Allah son dərəcə Rəhmli, Ədalətlidir. Allah Təala Yusuf 87-də buyurur: Yaqub dedi: Allahın mərhəmətindən ümüdünüzü kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümüdlərini üzər. Buna görə Nisa 103 də olduğu kimi Allahı hər an ürəyinizdə tutun. Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxtıqda isə namazı (öz qaydasınca) qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir.
Və onu unudmayın ki, dua üçün bir məkan yoxdur. Allah Təala dua üçün hər hansı bir məkanın mütləq vacib olduğunu göstərmir. Allah Təala qullarının dualarını hər an, hər yerdə eşidir və ona ədalətlə cavab verir.

Duasız bir həyatın Allah qatında bir dəyəri olmadığını unudmayın
Furqan 77- (Ya Rəsulum, bu Məkkə müşriklərinə) de ki: “Əgər ibadətiniz olmasa, Rəbbinizin yanında nə qədir qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə) əzab yaxanızdan əl çəkməyəcəkdir! ”

Ancaq dünya üçün edilən duanın Allaha qarşı böyük səmimiyyətsizlik olduğunu unudmayın.
Bəqərə 200-202- Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata babalarınızı yola saldığınız kimi, ondan da artıq Allahı yad edin. İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə elə bu dünyada ver!”- deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!”-deyirlər. Belə şəxsləri qazandıqları əməllərinə görə (axirətdə) mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir.
Cahillərin ən böyük xüsusiyyətlərindən biri də odur ki, onlar başlarına bir iş gələndə Allah dua edirlər. İş həll olandan sonra isə Allahı unudurlar. Yunus 12- İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükr etməyi də unudub yaramaz işlərində davam edər.) Müşriklərə etdikləri əməllər beləcə yaxşı göstərildi.

Buna görə Əraf 205 dəki kimi dua etməyi unudmayın. Səhər axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!

Və Allaha dua etməyənlərin yerlərinin sonsuz cəhənnəm olduğunu unutmayın.
Mömin 60- Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər”

Xətalarınıza görə o saat Allaha tövbə edib bağışlanma diləməli olduğunuzu unudmayın.
Nəhl 119- Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən (Allaha şərik qoşan), ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin tövbədən sonra ancaq (bəndələrini) bağışlayan və rəhm edəndir.
Allah qulları üçün hər bir xətalarına görə tövbə edib bağışlanılma imkanı yaradmışdır. Ali-İmran 135- O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyirlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar gördükləri işin (pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıdmazlar.
Onu da yaddan çıxarmayın ki, nə cür günah olursa olsun (Allah şərik qoşmaqdan başqa) bir də təkrarlanmamaq şərti ilə Allahdan bağışlanmasını diləyən hər bir insanı Allah-Təala bağışlayır. İnsan bu ana qədər cahil ola bilər. Çox günahlar edə bilər. Ancaq əgər Allahın tövbələr qəbul etdiyini bilir və ondan o dəqiqə bağışlanmasını diləyib bir daha o hərəkətlarini təkrar etməyəcəksə Allah o insanı bağışlayar. Nisa 17-18- Allah yannda yalnız o kəslərin tövbəsi qəbul olunur ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir. Günah işlər görməkdə davam edərək ölüm yetişən anda “mən indi tövbə etdim”-deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq.
Siz nə etmisinizsə əgər ayətdəki kimi o dəqiqə Allaha tövbə edirsinizsə Allah sizi bağışlar. Hər an ölümün sizin yanınıza gələcəyini və tövbə üçün bir daha vaxt ola bilməyəcəini düşünün. Ona görə də nə qədər gec deyilsə, nə qədər sağsınızsa və tövbə etməyə imkanınız varsa tövbə edin. Furkan 70-71- Allah onların (tövbə edib iman gətirən və yaxşı işlər görənlərin) pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir. Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda ) dönər.

Allahın tövbələr qəbul etdiyini bilən, tövbə işini sonraya qoyanların tövbələri qəbul olmaz.
Sizi Allahın yoluna dəvət edən bir insanı Allahın sizin üçün göndərdiyini və bu göndərmənin son göndərmə ola bilməsini unudmayın. Həşr 19- Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin. Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir.
Əraf 51- O kəslər ki, dinlərini oyun oyuncaq (əyləncə) etmiş və (fani) dünya həyatı onları aldatmışdır. Onlar bu günə (qiyamət) qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə bilə) inkar etdikləri kimi, biz də onları unudarıq.
Əziz qardaşlar və bacılar. Bu kitabçanı bir dəfə oxumaqla kifayətlənməyin. Hər gün oxuyun. Qoy bu
Bookmark and Share
Şərhlər(0) Baxış sayı: 117 Mart 7, 2008 14:42

Gızlar ailə qurarkən nəyə diqqət etməlidirlər???

Farida Mart 7, 2008 14:36
Chox gizlar ele bilirler ki, insani tanimag uchun hokmen onunla gezib-dolanmag, telefonlarda, internetlerde sohbet elemek lazimdir. Halbuki, insani xarakter olarag, ne gezib dolanmagla, ne onunla telefonla ve s. sohbet ederek, tanimag olar.....
Chunki bu sadalananlar vasitesi ile insanlar bir-birlerine hech de esl heyatda necedirler, onu gostermirler, daxilden gelen insani istekle ozlerini en yaxshi terefden tanidir, ya pis xasiyyetlerini gizledir, ya da yalan danishirlar. Insani tanimag uchun onunla yashamag lazimdir.
Amma aile guracagin shexsle gezib dolanmamagin gadagan olmagi hech de, ele ilk garshina chixan insana ere getmek demek deyil. Xeyr, eger giza evlenmek teklif edirlerse, o, ya oz yaxin mehremleri (atasi, gardashi, emisi, dayisi) vasitesile oglanin dini (ferzlere ne geder riayet etmeyi, egidesi ve s.) exlagi barede oyrenmek lazimdir. Bu hedisde gelir:
Peygember (s.e.s) demisdir:" Eger dini ve exlagi sizi gane eden, ohdechiliyinizde olan giza evlenmek isteyirse, onu gebul edin; eks halda yer uzunde fitne ve boyuk keder bash galdiracag"
Tirmizi
Bu deyilen informasiyani ise Islamla bagli lazimli suallarin verilmesi, oglanin ish yerinden, tehsil aldigi yerden, gonshularindan, mescidde muselmanlardan onun hagginda oyrenmekle toplamag olar.
Bezi muselman gizlar xarkterle dini bir-biri ile garishdirirlar. Deyirler ki, "eshi, insani ne geder oyrensen de tanimag olmaz", ona gore de ele birinci "muselmanam" deyen oglana ere getmeye razilig verirler. Bu da duzgun deyil. Chunki onlar din ve xarakteri bir birine garishdirirlar. Oglanin dini dedikde onun egidesi, ferz ibadetleri ne derecede yerine yetirmeyi, valideynlerine, gohum ve gonshularina munasibeti ve Islami elmi ile olchulur. Xarakter ise hansi rengi sevib sevmemek, yagli, tursh, ya da shirin yemek yeyib yememek, isti yaxud soyug fesilleri sevib sevemek ve diger meselelerde ozunu gosterir. Ona gore de giza evlenmek teklif eden oglanin dinini bilmek ferzdir. Xarakterini ise tedricen, nishanliligdan sonra oyrenmek, uygunlashmag lazimdir.
Bezi gizlar ise mal-dovlete xususi ehemiyyet verirler. Eger oglanin dini nagisdirse, onda onun var-dovleti hech bir ehemiyyet kesb etmir. Chunki o bu mal-dovleti duzgun istigametde xerclemeyecek, neticede de hemin mal-dovletin faydasi olmayacag. Ona gore de ilk novbede dinine ve exlagina fikir vermek lazimdir. Chunki Allah Gurani Kerimde buyurur:
" Tamiz (torpağı münbit) bir mamlakatin bitkilari Rabbinin iznila (bol, vaxtında) çıxar. Pis (torpağı qeyri-münbit) bir mamlakatin bitkilari isa yalnız çox çatinlikda (özü da az) yetişar." (Eraf, 58)

Bookmark and Share
Şərhlər(0) Baxış sayı: 194 Mart 7, 2008 14:36

Hicab geyinməyin sirri

Farida Mart 7, 2008 14:34
Müsəlman bacılar, Allahu Təala qadına örtünməyi və hicab geyinməyi əbəs yerə əmr etməmişdir. İslami geyim tərzinin hikməti və sirləri böyükdür.  Fəzilətləri isə tərifə layiqdir. Hicab geyinməyin faydası və məqsədi ucadır. Bunların hamısını bir neçə sətirlə sizlərə çatdırmağı özümüzə borc bilirik:
1)      Namusu və şərəfi qorumaq:  Hicab  şəriət buyuruğu ilə namusu və şərəfi qorumaq üçün əmr olunmuşdur. Örtünməklə şəkk və şübhəyə aparan səbəbləri dəf etmək, fitnə və fəsaddan uzaq olmaq olar. 
2) Qəlbləri təmizləmək:  Hicab  mömin qardaş və bacıların ürəklərini pak etmək, onu imanla ucaltmaq və Allahın haram buyurduğunu düzgün anlamaq üçün buyurulmuşdur. Allahu Təala elə örtünməyi əmr etdiyi ayədə məhz belə buyurmuşdur: ((Bu (örtünmə əmri) sizin (müsəlman kişilər) və onların (müsəlman qadınlar) qəlblərinin təmizliyi üçündür)) Əl-Əhzab surəsi 53-cü ayə 
3) Yüksək əxlaqlı olmaq:  Hicab yüksək əxlaqlı, iffətli, pak, həyalı, abırlı və qeyrətli olmağa çağırır. Pislikdən, çirkinlikdən, nalayiq sözlərdən, atmacalardan, səfehlikdən və fəsaddan örtünüb saxlanmağa kömək edir.
4) Həyasızlıqdan təmizliyə qalxmaq:  Hicab müsəlman qızları ədəbsizlikdən və həyasızlıqdan qoruyan bir əlamətdir. Bu,  onların şərəfinin və təmizliyinin əlamətini göstərir. Örtünmək onları şübhələrdən uzaqlaşdırır. Allahu Təala buyurub ki; (( Bu, (örtünmək və hicab bağlamaq) tanınmamaqları və incidilməməkləri üçün ən asan yoldur)). Əl-Əhzab surəsi 59-cu ayə.  Xarici görünüşün saleh və düzgün - şəriətə uyğun olmağı, daxilin də düzgün və təmiz olmağına dəlalətdir. Iffət və paklıq, qadının başının tacıdır. O evdə ki, o qapıda kı təmizlik və ləyaqət əlaməti var, o evə sevinc bəxş olar. 
5) Pis tamahın və şeytani fikirlərin qarşını almaq:  Hicab əziyyətlərdən, qadınların və kişilərin xəstə qəlblərindən, tamahlardan, xain gözlərdən ən gözəl ictimai qalxandır. Hicab geyinmək kişinin qeyrətini və namusunu qoruyur, onu müdafiə edir və eləcə də qadının şərəf və ləyaqətini qoruyur. Aralarında söz gəzdirənlərdən, camaatı pis adlarla ləkələyənlərdən və şeytanı xətərlərdən ən gözəl qoruyucu qadının örtünməsidir. 
6) Abır və həyanı mühafizə etmək:  Hicab özü elə bu həyatın içindən götürülüb və hicabsız bir həyat qadın üçün təsəvvür olunmazdır. Allahu Təala insanı elə yaradıb ki, onun nəfsində pisliklər olur və bunlardan  qorunmağın, rəzilətin qarşısını almağın və fəzilətə yönəlmənin ən gözəl yolu örtünmədir.  Insan fitrətinə və əxlaqına ən yaxın əməl, insanın qəbul edə biləcəyi ən asan metod, örtünməkdir. Həya imanın bir hissəsidir. Həya  insanlığın və xüsusilə də müsəlmanların ən yüksək xüsusiyyətlərindəndir. Hicab qadına öz həyasını qorumaq üçun ən gözəl vasitədir, hicabı atmaq isə, həyanı kənara atmaq kimidir.
7)Hicab zinadan qorunmaq üçün ən ideal  qalxandır. Bu yolla qadın hər bir