Əsirlikdə başına nələr gəldi, hansı müsibətlərlə, hansı əzab-əziyyətlə üzləşdin?
- Alo, salam. Necəsən, ay oğul?
- Pis deyiləm.
- Sənə bir qız tapmışam, görsən, dərdindən dəli-divanə olacaqsan. Bəlkə, görəsən onu?
- Ay ana, dedim axı, mən hələ...
- Offf. Yenə başladın? Sənin taylarının 2-3 uşağı var e...
- .....
- Yaxşı, özün bilərsən. Onsuz da sən bu gedişlə düzələn deyilsən. 24 yaşın var, hələ də 16 il əvvəl gördüyün qızın sevgisi ilə yaşayırsan...
- Anaaa...
Kamilə bizim kəndə ilk dəfə gələndə mən birinci sinifdə oxuyurdum. İllər ötsə də mənə elə gəlir ki, həmin gün dünən idi və bu müddət ərzində mən heç dəyişməmişəm. Elə həmin düşüncə, elə həmin həyat tərzi, elə həmin sevgi... Dəyişən, sadəcə cismimdir. O, Xocalı rayonundan qonşumuz Zoya xalagilə qonaq gəlmişdi....
Davamı...